Dövlət İdarəetmə Sistemi Plan -dövlət idarəetmə sistemi: anlayışı


Eyni zamanda dövlətin ikinci mənası



Yüklə 28,07 Kb.
səhifə8/9
tarix08.04.2023
ölçüsü28,07 Kb.
#124993
1   2   3   4   5   6   7   8   9
UNEC 1680942296.docx

Eyni zamanda dövlətin ikinci mənası ictimai idarəetmə sisteminin hüquqi təzahürüdür. İctimai idarəetmə sisteminin mərkəzi olan dövlət təsisatlar, səlahiyyətlər, norma və simvollar məcmusu kimi təyin edilir.
Dövlət idarəçilik sistemi” anlayışı ictimai idarəetmə sistemində müxtəlif səpkilərdə təyin edilə bilər və yuxanda qeyd edilən elmi sahələrin təməl anlayışlarının rolu olduqca əhəmiyyətlidir. Belə anlayışlar sırasında siyasi sistem, hakimiyyət və siyasi rejim anlayışlarına diqqət yetirmək məqsədəuyğundur.
İctimai sistemin bir komponenti kimi siyasi sistem ictimai sistemdə müxtəlif qrup maraqlarının ictimai nemətlərin bölünməsi qaydaları və nəticələri uğrunda siyasi hakimiyyətə yiyələnmək vasitəsilə əmələ gələn qarşılıqlı münasibətlər sistemidir. Dövlət bir idarəetmə üsulu və vasitəsi kimi, bir çox ictimai qrupların ixtiyarında olanda, onlara digər qruplara nisbətən üstünlüklər verilmiş olur. Əgər dövlət idarəçilik sisteminin formalaşması belə meyllərin təsiri altında baş verirsə, onda sistemin strukturu və vəzifələrindəki çatışmamazlıqlar dövlətin sonrakı fəaliyyətində özünü büruzə verməyə başlayır. Və əksinə - bu proses tam konstitusion və demokratik qaydada həyata keçiriləndə, onda sistemə xas olan siyasi dəyərlər və ənənələr onu möhkəmləndirir. İlk növbədə alimlər ənənəvi və müasir cəmiyyətlərin siyasi sistemlərini fərqləndirirlər: dövlət-millət, imperiya, fraqmentar siyasi sistemlər, patrimonial sistemlər (yəni imperiya tipli cəmiyyətin və fraqmentar sistemin qoşması), totalitar dövlət, icma tipli sistem, inteqrativ sistem.
Bütün bu siyasi sistem siyasi rejim növlərinin nəzəri-metodoloji cəhətdən öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, dövlət idarəçilik sistemi yaradılarkən, onun hansı mühit və şərtlərə təsadüf etməsi onun tarixi perspektivlərini xeyli dərəcədə aydınlaşdırmış olur.

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin