Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Müstəqilliyin qızıl günü-18 oktyabr



Yüklə 18,92 Kb.
tarix17.11.2018
ölçüsü18,92 Kb.
#83849


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ


c:\users\user\desktop\1350382064_18-oktyabr-musteqillik-gunu.jpg
Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi

münasibətilə




Müstəqilliyin qızıl günü-18 oktyabr

/metodiki vəsait/

ŞİRVAN-2016
Müstəqilliyiin qızıl günü -18 oktyabr.

Müstəqillik hər bir xalqın tarixində onun özünü ifadəsinin və özünü təsdiqinin ən ümdə əlaməti kimi səciyyələndirilir. 28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq Demokratik Respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının elan edilməsi Azərbaycan xalqının müstəqilliyə , milli azadlığa və istiqlaliyyətə qovuşması uğunda apardığı gərgin mübarizənin tənqidi nəticəsi olmuşdur. Azərbaycan Demokratik Respublikasının Milli Höküməti iqtisadi, siyası, sosial, mədəni, təhsil və bir çox digər sahələrdə ciddi irəliləyişlər əldə etmişdir. 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikasının dövlət atributları qəbul edilmiş, ilk parlament fəaliyyətə başlamış ,milli valyuta olan manat dövriyyəyə buraxılmışdır.

20-ci əsrin sonlarında 1991-ci ildə Sovet imperiyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu.Amma digər ölkələrdən fərqli olaraq respublikamızı bu müstəqilliyə,azadlığa aparan yollarda qanlar töküldü,şəhidlər verildi.1990-cı iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxcıvana qayıtması və 1990-cı il noyabrın 17-də öz işinə başlayan Naxcıvan Ali Məclisinin sessiyasında tariximizdə Azərbaycan dövlətciliyinin dircəlişi prosesinin həyata kecirilməsi ilə bağlı bir cox məsələlər müzakirə olundu. 1990-ci ilin noyabrında Naxçıvan Ali məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi . Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması , respublikasmızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin---- bayrağın,gerbin,himnin qəbul olunması təklif edilmişdir.

1991 – ci il avqustun 30- da ali qanun-verici orqanın xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqllliyinin bərpası haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.

Lakin 1991- 1993 –ci illərdə hakimiyyətdə olanların hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağlr vəziyyətdə 1993- ci ilin iyunundan dövlətimizin idarəçilik sukanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. İlk növbədə , hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr zərərləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövliyinə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi.

Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbilər həyata keçirildi.

Xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Əsl müstəqil,demokratik, huquqi və dünyəvi dövlət quruldu. Bütün bunlar isə böyük tarixi naliyyətlərdir.


Görkəmli şəxsiyyətlər dövlət müstəqilliyi haqqında.

Azərbaycanın dövlət müstəqilliyi əbədidir,sarsılmazdır, dönməzdir.


Heydər Əliyev,Umummilli lider.
İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında,artıq tam müstəqil ölkədir.
İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.


Bizim dövlətçilik tariximiz , dövlətçilik ənənələrimiz çox qədim və zəngindir. Ona görə də müstəqil dövlətimizi qurarkən biz dünya təcrübəsindən, ümumbəşəri dəyərlərdən bəhrələnməklə yanaşı öz dövlətçilik ənənələrimizə söykənmiş , ondan istifadə etmişik. Bu ənənə bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirilir və inkişaf edirilir.

Seyfəddin Qəndilov, Tarix elmləri doktoru, professor .

Müstəqiliyin 25 –ci ildönümü ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər.

Qeyd ehtiyimiz kimi, 2016 – ci il oktyabrın 18- də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25- ci ildönümü tamam olur. Bu münasibətlə kitabxanalarda bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Müstəqillik günü ilə əlaqədar bütün kitabxanalarda sərgilər hazırlanmalı, oxucu konfransları, ədəbi-bədii kompozisiyalar və. S. keçirilməlidir. Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar:

1.Maqsudov. A.Müstəqil Azərbacan Heydər Əliyevin şah əsəridir: 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür / A. Maqsudov // Respublika. – 2014 – 18 oktyabr. – s. 10.

2. Səmədzadə . Z. Müstəqillik dəyəri olmayan ümumxalq sərvətidir / Z. Səmədzadə; müsahibəni apardı M.Hüseynova // İqtisadiyyat.-2014.- 17-23 oktyabr.-s. 3.

3. Şabanov . R. Müasir Azərbaycan müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır : 18oktyabr Dövlət Müstəqilliyi Günüdür. / R. Şabanov // Respulika.- 2014.-16 oktyabr.- s. 5.

4. Şahmarov. Ə. Müstəqillik milli sərvətimizdir: 18 oktyabr Dövlət Müstəqilliyi Dünüdür / Ə. Şahmanov // Respublika – 2014. – 18 oktyabr.-s. 9.



5.Dövlət müstəqilliyimizin təminatçısı 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür // Azərbaycan. – 2015 . – 18 oktyabr. –s.1.
Metodist Heydərova T.
Yüklə 18,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin