Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 4 sentyabr 2012-ci il
№ 189
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair
TƏLƏBLƏR
1. Ümumi müddəalar
1.1. Bu Tələblər “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 654 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Tələblərin məqsədi dövlət orqanlarının internet informasiya ehtiyatlarının (bundan sonra - internet informasiya ehtiyatı) proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir.
Dostları ilə paylaş: |