III. Şəkərli diabetin və onun ağırlaşmalarının profilaktikası
27.
|
Sağlam əhali arasında şəkərli diabet xəstəliyinin profilaktikası
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
28.
|
Şəkərli diabetlə xəstə olan şəxslər arasında diabetin xroniki fəsadlarının profilaktikası
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
29.
|
Əhali arasında şəkərli diabet xəstəliyinin erkən aşkar edilməsi məqsədi ilə daimi və geniş şəkildə qlükozaya tolerantlıq testinin, həmçinin acqarına qanda qlükozanın müəyyən edilməsini təmin etmək üçün təlimatların hazırlanması
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
30.
|
Ərazi poliklinikalarında risk qrupuna aid şəxslərin qeydiyyata götürülməsi və nəzarətdə saxlanılması
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
31.
|
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında şəkərli diabet xəstəliyinin profilaktikasının təbliğinin təşkil edilməsi
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
32.
|
Nefropatiyanın və gələcəkdə hemodializə ehtiyacın qarşısını almaq məqsədi ilə profilaktika işlərinin gücləndirilməsi. Bunun üçün erkən nefropatiyanı aşkarlaya biləcək yüksək keyfiyyətli biokimyəvi diaqnostikadan geniş istifadənin təmin edilməsi. Bütün xəstələrdə ildə 2 dəfədən az olmayaraq mikroalbumunuriyanın müayinəsinin aparılması
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
33.
|
Damar fəsadlarının inkişafının qarşısını alan profilaktik tədbirlərin tətbiq edilməsi. Bunun üçün ixtisaslaşdırılmış şöbələrdə (cərrahiyyə, kardioloji, göz, qan-damar) erkən damar fəsadlarını aşkarlaya biləcək kabinetlərin təşkil edilməsi
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
34.
|
«Diabetik Pəncə» və «Hamiləlik diabeti» kimi xüsusi kabinetlərin açılması
|
Səhiyyə Nazirliyi
|
2005-2009
|
35.
|
Ağır göz fəsadlarının qarşısını almaq üçün ildə 2 dəfə bütün qeydiyyatda olan şəkərli diabetlə xəstə şəxslərin göz dibinin müayinəsinin aparılması
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
36.
|
Müxtəlif profilaktika sistemlərinin hazırlanması, yeniləşdirilməsi və təbliğinin təlim məktəbləri tərəfindən həyata keçirilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
37.
|
Gənclər arasında şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə maarifləndirmə işinin təşkili, müxtəlif çap məhsullarının hazırlanması, "dəyirmi masa"ların, konfransların, telemarafonların, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bu tədbirlərdə gənclərin, qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi
|
Səhiyyə Nazirliyi,
Gənclər, İdman və Turizm Nazirliyi
|
mütəmadi
|
|