Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TƏDBİRLƏR



Yüklə 128,08 Kb.
tarix02.01.2022
ölçüsü128,08 Kb.
#7695

Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan

TƏDBİRLƏR



Sıra №-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4


I. Şəkərli diabetlə xəstə olan şəxslər üçün diabetoloji xidmətin təşkili


1.

Dövlət registrinin, həmçinin məlumat bankının yaradılması və fəaliyyət mexanizminin hazırlanması

Səhiyyə Nazirliyi,

Dövlət Statistika Komitəsi



2005-2007


1.1.


Endokrinoloji mərkəzlərdə və endokrinoloji xidməti olan tibb müəssisələrində diabetoloji xidmət strukturunun təkmilləşdirilməsi


2.

Respublika Endokrinoloji Mərkəzinin fəaliyyətinin genişləndirilməsi

Səhiyyə Nazirliyi

2005-2007

3.

Kadrların təkmilləşdi-rilməsi və hazırlanması

Səhiyyə Nazirliyi

2005-2007

4.

Əhalinin sayına görə endokrinoloq, pediatr-endokrinoloq, təlimçi heyət (1 nəfər diabetoloq-həkim, 1 nəfər dietoloq, 1 nəfər tibb bacısı) ştatının təmin edilməsi

Səhiyyə Nazirliyi

2005-2007

5.

Endokrinoloq və təlimçi heyətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə maddi-texniki bazanın yaradılması

Səhiyyə Nazirliyi

2005-2007

6.

Xəstələrin müayinə, müalicə və təliminin beynəlxalq standartlara uyğun aparılması üçün metodik vəsaitlərin hazırlanması və treninqlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2005-2007




1

2

3

4

1.2.

Diabetoloji xidmətin tərkib hissəsi olan «şəkərli diabetlə xəstə olan şəxslərin özünənəzarət» təlim məktəblərinin yaradılması

7.

Azərbaycanın bölgələrində və Bakı şəhərinin rayonlarında endokrinoloji yardım göstərən tibb müəssisələrində təlim məktəblərinin yaradılması və onların fəaliyyətinin uyğun olaraq REM və ŞED tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilməsi

Səhiyyə Nazirliyi

2005-2007

8.

Respublikanın ambulator-poliklinika müəssisələrində qeydiyyatda olan şəkərli diabetlə xəstələrinin sayına uyğun olaraq diabet məktəblərinin təşkili

Səhiyyə Nazirliyi

2005-2007

9.

Respublikada endokri-noloji çarpayıları olan stasionarlarda diabet məktəbinin təşkili

Səhiyyə Nazirliyi

2005-2007

10.

Respublikada təşkil edilmiş diabet məktəblərinin yeni metodik vəsaitlərlə, normativ sənədlərlə təmin edilməsi, təlimçi heyətlərin hazırlanması, seminar və treninqlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2005-2007

11.

Respublikada mövcud olan təlim məktəblərinin fəaliyyətinin gücləndi-rilməsi, maddi-texniki imkanlarının artırılması

Səhiyyə Nazirliyi

2005-2007

12.

Respublikada mövcud olan təlim məktəblərinin fəaliyyəti haqqında statistik göstəricilərin, analitik informasiyaların, elmi- tədqiqat işlərinin vaxtaşırı Səhiyyə Nazirliyinə təqdim edilməsi

Səhiyyə Nazirliyi

2005-2007




1

2

3

4

13.

Şəkərli diabet xəstəliyi olan şəxslərin dövlət tibb müəssi-sələrində müayinəsinin və müalicəsinin maliyyələşdi-rilməsinin təmin edilməsi

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi








1.3.


Şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin, təlimçilərin hazırlanması


14.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində endokrinologiya üzrə kursun fəaliyyətinin gücləndirilməsi


Səhiyyə Nazirliyi


mütəmadi

15.

Kadrların təkmilləşdirilməsi və hazırlanması

Səhiyyə Nazirliyi



mütəmadi

16.

Həkim-endokrinoloqlar üçün müasir diabetologiya üzrə 1 aylıq təkmilləşmə kursu proqramının hazırlanması

Səhiyyə Nazirliyi


mütəmadi

17.

Endokrinoloq-tibb bacıları üçün müasir diabetologiya sahəsi üzrə 1 aylıq təkmilləşmə kursu proqramının hazırlanması

Səhiyyə Nazirliyi


mütəmadi

18.

Bütün həkim-endokrino-loqların 1 aylıq diabeto-logiya üzrə təkmilləşmə kurslarından keçməsi


Səhiyyə Nazirliyi


mütəmadi

19.

Endokrinoloji xidmətdə fəaliyyət göstərən bütün tibb bacılarının 1 aylıq diabetologiya üzrə təkmilləşmə kurslarından keçməsi (kursların qrafiki Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsi tərəfindən hazırlanır)

Səhiyyə Nazirliyi


mütəmadi

1

2

3

4

20.

Elmi konfranslar, elmi-praktik seminarların keçirilməsi

Səhiyyə Nazirliyi



mütəmadi

21.

Digər ixtisas həkimləri üçün diabetologiya üzrə həftəlik treninqlər proqramının hazırlanması və keçirilməsi

Səhiyyə Nazirliyi


mütəmadi

22.

Ümumtəhsil müəssisə-lərində təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər üçün xüsusi nəzarətin təşkili

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi



2005-2009

23.

Ümumtəhsil müəssisələ-rində tibb işçiləri və müəllimlərlə seminar məşğələlərinin keçirilməsi, onların praktik və metodik vəsaitlərlə təmin edilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi



2005-2009

II. Şəkərli diabetlə xəstə olan şəxslərin ən vacib dərman preparatları, özünənəzarət vasitələri və digər vacib ləvazimatlarla təminatı

24.

İllik tibbi yardımın həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin miqdarının müəyyənləşdirilməsi

Səhiyyə Nazirliyi


2005

25.

Müəyyən edilmiş illik tələbatın şəkərli diabetlə xəstə olan şəxslərə çatdırılma mexanizminin hazırlanması

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi



2005-2009

26.

Tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabetlə xəstə insanların fərdi olaraq tələbatının həcminin 6 aydan bir şəhər və rayon səhiyyə orqanları tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilməsi

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi



2005-2009

1

2

3

4

III. Şəkərli diabetin və onun ağırlaşmalarının profilaktikası

27.

Sağlam əhali arasında şəkərli diabet xəs­tə­li­yi­nin profilaktikası

Səhiyyə Nazirliyi

2005-2009

28.

Şəkərli diabetlə xəstə olan şəxslər arasında diabetin xroniki fəsadlarının profilaktikası

Səhiyyə Nazirliyi

2005-2009

29.

Əhali arasında şəkərli diabet xəstəliyinin er­kən aşkar edilməsi məqsədi ilə daimi və geniş şə­kil­də qlükozaya tolerantlıq testi­nin, həm­çi­nin ac­qarına qanda qlükozanın müəyyən edil­­mə­si­ni təmin etmək üçün tə­limatların hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

30.

Ərazi poliklinikalarında risk qrupuna aid şəxslərin qeydiyyata götürülməsi və nəzarətdə sax­lanılması

Səhiyyə Nazirliyi

2005-2009

31.

Kütləvi informasiya vasitələrindən istifadə edə­rək əhali arasında şəkərli diabet xəstə­li­yi­nin profilaktikasının təbliğinin təşkil edil­məsi

Səhiyyə Nazirliyi

2005-2009

32.

Nefropatiyanın və gələ-cəkdə hemodializə ehtiya-cın qarşısını almaq məq-sədi ilə pro­filaktika işlərinin gücləndirilməsi. Bunun üçün erkən nefropatiyanı aşkarlaya biləcək yüksək keyfiyyətli biokimyəvi diaq­nos­ti­ka­dan geniş istifadənin təmin edilməsi. Bütün xəs­tələrdə ildə 2 dəfədən az olma-yaraq mikroalbumu-nuriyanın müayinəsinin aparılması

Səhiyyə Nazirliyi

2005-2009

1

2

3

4

33.

Damar fəsadlarının inkişafının qarşısını alan profilaktik tədbirlərin tətbiq edilməsi. Bunun üçün ixtisaslaşdırılmış şöbələrdə (cərrahiyyə, kar­dioloji, göz, qan-damar) erkən damar fəsadlarını aşkarlaya biləcək kabinetlərin təşkil edilməsi


Səhiyyə Nazirliyi

2005-2009

34.

«Diabetik Pəncə» və «Hamiləlik diabeti» kimi xüsusi kabinetlərin açılması


Səhiyyə Nazirliyi

2005-2009

35.

Ağır göz fəsadlarının qarşısını almaq üçün ildə 2 dəfə bütün qeydiyyatda olan şəkərli diabetlə xəstə şəxslərin göz dibinin müayinəsinin aparılması


Səhiyyə Nazirliyi

mütəmadi

36.

Müxtəlif profilaktika sistemlərinin hazırlanması, yeniləşdirilməsi və təbliğinin təlim məktəbləri tərəfindən həyata keçirilməsi


Səhiyyə Nazirliyi


mütəmadi

37.

Gənclər arasında şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə maarifləndirmə işinin təşkili, müxtəlif çap məhsullarının hazırlanması, "dəyirmi masa"ların, konfransların, telemarafonların, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bu tədbirlərdə gənclərin, qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi,

Gənclər və İdman Nazirliyi



mütəmadi

1

2

3

4

IV. Şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reabilitasiya

yardımının təşkil edilməsi

38.

Şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reabilitasiya yardımını tətbiq etmək üçün respublikanın sanator-kurort müəssisələrində diabet xəstələrinin sayına uyğun çarpayıların ayrılması

Azərbaycan Həmkarlar İttifaqları Konfedera-siyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

2005-2009

39.

Uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi

Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliyi,

Səhiyyə Nazirliyi



2005-2009

V. Şəkərli diabet xəstəliyinin müayinə, müalicə və profilaktikasında elmi-tədqiqat işlərinin gücləndirilməsi

40.

Respublika En­do­kri­no­loji Mərkəzinin tərki­bində diabetologiya üzrə elmi-tədqiqat işlərinin aparılması

Səhiyyə Nazirliyi

2005-2009

41.

Yeni yüksək ixtisaslı kadrların hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

42.

Diabetologiya üzrə yeni metodik vəsaitlərin, elmi və elmi-kütləvi ədəbiyyatın hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

VI. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi

43.

Şəkərli diabetlə xəstə olan insanlar üçün pəhriz mağazalarının və qida məhsullarının yerli istehsalının təşkili

Yerli icra hakimiyyəti orqanları,

Səhiyyə Nazirliyi



2005-2009

Yüklə 128,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin