“Dövlət qeydiyyatına alınmışdır”



Yüklə 14,66 Kb.
tarix23.10.2017
ölçüsü14,66 Kb.
#12060

Dövlət qeydiyyatına alınmışdır”

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Maliyyə Nazirliyi

Qeydiyyat № 3481

Əmr № İ-138

17 noyabr 2009-cu il

06 noyabr 2009-cu il

Nazir müavini _________ Toğrul Musayev

Nazir _______________ Samir Şərifov

 

 

Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi



QAYDALARI

           



1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına əsasən hazırlanmışdır və büdcə təşkilatlarının və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarını müəyyən edir.



1.2. Büdcə təşkilatlarının və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatları – büdcə təşkilatlarının və büdcədənkənar dövlət fondlarının əmlakını, maliyyə vəziyyətini, təsərrüfat fəaliyyətinin nəticələrini hesabat dövrü üzrə mühasibat uçotunda əks edən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etməyən, onlara əlavə edilən maliyyə hesabatlarıdır (bundan sonra maliyyə hesabatları adlandırılacaq).

1.3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondları (bundan sonra təşkilatlar və fondlar) maliyyə hesabatlarını Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.

 

2. Maliyyə hesabatlarının təqdim edilməsi qaydası

 

2.1. Təşkilatlar və fondlar müvafiq Standartlar əsasında tərtib edilən illik maliyyə hesabatlarını qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edirlər.



2.2. Təşkilatların illik maliyyə hesabatları aşağıdakı qaydada təqdim olunur:

- təşkilatların aparatları üzrə maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq;

 - təşkilatların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin iyun ayının 30-dan gec olmayaraq.

2.3. Fondların illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq.

 

3. Təşkilatlar və fondların maliyyə hesabatları üçün hesabat dövrü

 

3.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:



3.1.1. Təşkilatlar və fondlar üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

3.1.2. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan təşkilatlar və fondlar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

3.1.3. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış təşkilatlar və fondlar üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.

 

4. Maliyyə hesabatlarının dərc edilməsi



 

4.1. Fondlar illik maliyyə hesabatlarını internet səhifəsində yerləşdirir və mətbu orqanlarda dərc etdirirlər.



4.2. Təşkilatların illik maliyyə hesabatlarının internet səhifəsində yerləşdirilməsi və mətbu orqanlarda dərc etdirilməsi müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

 
Yüklə 14,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin