“Dövlət qeydiyyatına alınmışdır”



Yüklə 60,96 Kb.
səhifə3/6
tarix07.01.2022
ölçüsü60,96 Kb.
#86431
1   2   3   4   5   6
II. Anlayışlar

2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. büdcə təşkilatlarının səlahiyyətli nümayəndələri - büdcə təşkilatının rəhbərinin müvafiq əmri əsasında kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərinin imza olunmasına dair səlahiyyət (vəkil edilmiş) almış məsul şəxs.

2.1.2. Kassa əməliyyatları - büdcə təşkilatlarında nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.

2.1.3. Kassir – Bu qaydalara uyğun olaraq büdcə təşkilatlarında kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs.

2.1.4. Kassa sənədi - büdcə təşkilatlarında kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədi.

2.1.5. Əməliyyat günü – büdcə təşkilatının daxili qaydaları ilə müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddət.

2.1.6. İnkassasiya - büdcə təşkilatlarında nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.


Yüklə 60,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin