1077-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 864) ilə 7.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
7.1. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. 30 sentyabr 2020-ci il tarixli 171-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1322) ilə 7.1-ci maddədən “, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən” sözləri çıxarılmışdır.
14 2 iyul 2002-ci il tarixli 359-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 693) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
Maddə 8. Dövlət orqanlarının təsnifatı 8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünür: 8.1.1. əsas səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət orqanları — (1-ci kateqoriya dövlət orqanları); 8.1.2. əsas səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - (2-ci kateqoriya dövlət orqanları); 8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - (3-cü kateqoriya dövlət orqanları); 8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət orqanlarının bölmələri). 8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir.