Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 884) ilə 10.6-cı maddədə "mütəxəssislərin" sözü "dövlət qulluqçularının" sözləri ilə əvəz edilmişdir.
20 aprel 2012-ci il tarixli 345-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, maddə 413) ilə 10.5-ci maddədə və 10.6-cı maddənin birinci cümləsində “1-ci - 7-ci kateqoriya” sözləri “Ali - 5-ci kateqoriya” sözləri ilə əvəz edilmişdir.
28 2 iyul 2002-ci il tarixli 359-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 693) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
Maddə 11. İnzibati vəzifələrin təsnifatı 11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır: birinci təsnifat — 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri; ikinci təsnifat — 1-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri; üçüncü təsnifat — 1-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin müavinlərinin vəzifələri; dördüncü təsnifat —2-ci kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin vəzifələri, 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri; beşinci təsnifat —3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri; altıncı təsnifat — 3-cü kateqoriya dövlət bölmələri rəhbərlərinin və onların müavinlərinin vəzifələri; yeddinci təsnifat — 1-ci dərəcə böyük inspektorların vəzifələri; səkkizinci təsnifat - 2-ci dərəcə böyük inspektorların vəzifələri; doqquzuncu təsnifat — 3-cü dərəcə böyük inspektorların vəzifələri; onuncu təsnifat — 1-ci dərəcə inspektorların vəzifələri; on birinci təsnifat - 2-ci dərəcə inspektorların vəzifələri; on ikinci təsnifat - 3-cü dərəcə inspektorların vəzifələri; on üçüncü təsnifat - 1-ci dərəcə kiçik inspektorların vəzifələri; on dördüncü təsnifat - 2-ci dərəcə kiçik inspektorların vəzifələri; 11.2. Rəhbərin və onun birinci müavininin vəzifələri eyni təsnifata aid edilir. Rəhbərin müavininin vəzifə təsnifatı rəhbərin vəzifə təsnifatından bir pillə aşağı olur. 11.3. Dövlət orqanının ştat cədvəlində vəzifələrin adları həmin orqanın fəaliyyətinin profilini əks etdirməlidir. 10 sentyabr 2004-cü il tarixli 751-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (