(“Azərbaycan” qəzeti, 4 oktyabr 2008-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 881) ilə 12.1-ci maddədə “vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü” sözləri “vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri” sözləri ilə əvəz edilmişdir.
46 2 iyul 2002-ci il tarixli 359-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 693) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
Maddə 13. İnzibati vəzifələr sahəsində ixtisas tələbləri 13.1. İnzibati vəzifələr sahəsində ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin səriştəsinin müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir. 13.2. Vəzifə iddiasında olan şəxs üçün aşağıdakılar vacibdir: birinci - doqquzuncu təsnifat inzibati vəzifələr üçün – profilli ali təhsilin olması, başqa ali təhsil olduqda isə hazırlığını dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi; onuncu - on dördüncü təsnifat inzibati vəzifələr üçün – profilli orta təhsilin olması, başqa orta və ya ümumi orta təhsil olduqda isə hazırlığını dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi; 13.3. İnzibati vəzifələr sahəsində başqa tələblər qanunvericilik aktlarında və vəzifə təlimatlarında müəyyən edilir.
47 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38; “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 4; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 71) ilə 13.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır. Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.
48 2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu