29 dekabr 2017-ci il tarixli 967-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2018-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 158) ilə yeni məzmunda 22.9-cu maddə əlavə edilmişdir.
100 2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 oktyabr 2008-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 881) ilə yeni məzmunda 22-1-ci maddə əlavə edilmişdir.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38; “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 4; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 71) ilə 22-1-ci maddənin adında “təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
101 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38; “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 4; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 71) ilə 22-1.1-ci və 22-1.5-ci maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
22-1.1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət qulluqçusunun əlavə peşə təhsilini təşkil edir.
22-1.5. Dövlət qulluqçusunun yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır.
19 iyun 2020-ci il tarixli 139-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 avqust 2020-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 851) ilə 22-1.1-ci maddədə “ Dostları ilə paylaş: |