01 fevral 2011-ci il tarixli 57-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 3, maddə 165) ilə 29.3-cü maddənin ikinci hissənin birinci cümləsində “dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə” sözlərindən sonra “(daxili müsahibə)” sözləri əlavə edilmişdir.
31 may 2017-ci il tarixli 693-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2017-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1054) ilə 29.3-cü maddənin ikinci hissənin birinci cümləsində “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilmişdir.
31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 703) ilə 29.3-cü maddənin ikinci hissənin birinci cümləsində “Birinci – beşinci” sözləri “1–5-ci” sözləri ilə, “birinci – yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “dördüncü – yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə, “müsahibə (daxili müsahibə)” sözləri “daxili müsahibə” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “dövlətqulluqçularının” sözlərindən sonra “, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin” sözləri əlavə edilmişdir.