57-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 3, maddə 165) ilə 29.4-cü maddənin birinci hissəsində “inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya həmin” sözləri “müvafiq” sözü ilə əvəz edilmişdir.
157 28 aprel 2009-cu il tarixli 806-IIIQD Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 311) ilə 29.4-cü maddəyə ikinci hissə əlavə edilmişdir.
31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 703) ilə 29.4-cü maddənin ikinci hissəsinə “olunur” sözündən sonra “, dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi internet saytlarında yerləşdirilir” sözləri əlavə edilmişdir.
158 2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 oktyabr 2008-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 881)ilə 29.5-ci maddə yeni redaksiyada verilmişdir:
Əvvəlki redaksiyada deyilirdi:
29.5. Müsahibədə barəsində müsahibə keçirilən inzibati vəzifəyə uyğun gələn ixtisas dərəcəsinin təsnifatından ən çoxu iki təsnifat aşağı ixtisas dərəcəsinə malik şəxslər iştirak edə bilərlər. 31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 703) ilə 29.5-ci maddənin ikinci hissəsində “bir il” sözləri “altı ay” sözləri ilə əvəz edilmişdir.