31 may 2016-cı il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 avqust 2016-cı il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1365) ilə 33.1.5-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
33.1.5. bu Qanuna uyğun olaraq yaradılmış attestasiya komissiyası tərəfindən peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri səviyyəsinin kifayət dərəcədə olmadığına görə dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə verilmiş qiymət və tövsiyələr əsasında dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müvafiq qərar qəbul edildikdə;
188 03 aprel 2015-ci il tarixli 1241-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 may 2015-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 488) ilə 33.1.7-ci maddəsində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilmişdir.
189 17 may 2011-ci il tarixli 126-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyun 2011-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 463) ilə 33.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 33.1.12-ci maddə əlavə edilmişdir.
190 2 iyul 2002-ci il tarixli 359-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 693) ilə 34-cü maddəsində "Bu Qanunda" sözlərindən sonra "və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında" sözləri əlavə edilmişdir.
191 13 fevral 2001-ci il tarixli 74-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 131) ilə 35-ci maddədə “yanvarın 1-dən” sözləri “sentyabrın 1-dən” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |