müvafiq icra hakimiyyəti orqanı," sözləri əlavə edilmişdir.
28 noyabr 2006-cı il tarixli 179-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1014) ilə 8.1.2-ci maddədə "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2008-ci il tarixli 755-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 54) ilə 8.1.2-ci maddədən "yuxarı dövlət orqanı və" və "müvafiq icra hakimiyyəti orqanı və" sözləri çıxarılmışdır.
30 sentyabr 2009-cu il tarixli 885-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 771) ilə 8-ci maddə üzrə 8.1.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı - müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (2-ci kateqoriya dövlət orqanları); 28 noyabr 2006-cı il tarixli 179-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1014) ilə 8.1.3-cü maddədə "Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.
31 may 2007-ci il tarixli 356-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1014) ilə 8.1.3-cü maddədən "və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları" sözləri və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) Aparatı, " sözləri çıxarılmışdır.
30 sentyabr 2009-cu il tarixli 885-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu