“Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə,” sözləri əlavə edilmişdir.
28 noyabr 2006-cı il tarixli 179-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1014) ilə 8.1.5-ci maddədə "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları" sözləri, "müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.
19 oktyabr 2007-ci il tarixli 458-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1074) ilə 8.1.5-ci maddədə "müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları"sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı" sözləri əlavə edilmişdir.
1 fevral 2008-ci il tarixli 536-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 153)ilə 8.1.5-ci maddədə "Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı" sözlərindən sonra ", Milli Televiziya və Radio Şurasının Aparatı" sözləri əlavə edilmişdir.
28 noyabr 2006-cı il tarixli 179-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1014) ilə 8.1.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları (6-cı kateqoriya dövlət orqanları); 31 may 2007-ci il tarixli 356-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (