Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 884) ilə 11.3-cü maddədə "fasiləsiz əmək stajı" sözləri "qulluq stajı" sözləri ilə, həmin maddənin üçüncü cümləsində isə "tutduğu vəzifənin ardınca gələn inzibati vəzifə təsnifatına uyğun ixtisas dərəcəsi verilir" sözləri "tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir" sözləri ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 11.1.1-ci maddədən “və işlər müdirlərinin” sözləri çıxarılmışdır.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 11.1.2-ci maddədə “müşaviri (köməkçisi) vəzifəsi” sözləri “səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri” sözləri ilə əvəz edilmişdir.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 11.1.3-cü maddədən “1-ci kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri,” sözləri çıxarılmışdır.
10 sentyabr 2004-cü il tarixli 751-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 884) ilə 11.1.4-cü maddədə "4-cü" sözündən sonra "və 5-ci" sözləri əlavə edilmişdir.
3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 11.1.5-ci maddədə "başçılarının" sözündən sonra "müavinlərinin" sözü əlavə edilmişdir.
16 fevral 2007-ci il tarixli 246-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (