30 dekabr 2014-cü il tarixli 1160-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 yanvar 2015-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 9) ilə 31.16-cı maddəyə “bir nüsxədə” sözlərindən əvvəl “, habelə attestasiya zamanı verilən suallar və cavablar” sözləri əlavə edilmişdir.
179 30 dekabr 2014-cü il tarixli 1160-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 yanvar 2015-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 9) ilə 31.22-ci maddə əlavə edilmişdir.
180 2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 oktyabr 2008-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 881) ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
32.1 Dövlət qulluqçusu daha yüksək dərəcəli vəzifəyə təyin edilməsi, habelə ona daha yüksək ixtisas dərəcəsi verilməsi yolu ilə, habelə müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
181 2 iyun 2008-ci il tarixli 624-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 oktyabr 2008-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 881) ilə 32.2-ci maddədə “ boşalmış” sözü “ vakant” sözü ilə, “ təkrar hazırlıq keçməyin və ixtisas artırmağın” sözləri “ yenidənhazırlanma və ixtisasartırma keçməyin” sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38; “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 4; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 71) ilə 32.2-ci maddədə “ Dostları ilə paylaş: |