302. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı neçə olmalıdır?
A)) 12;
B) 8;
C) 16;
D)6;
E) 10.
303. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilirmi?
A)) daxil edilmir;
B) daxil edilir;
C) bu qarşılıqlı razılaşmaya əsasən təyin edilir;
D) bu hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
E) bu qarşılıqlı razılaşmaya əsasən təyin edilmir.
304. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla verilən əlavə istirahət günü onun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda keçirilə bilərmi?
A)) keçirilə bilər.
B) ancaq məzuniyyətinə əlavə edilə bilər;
C) ancaq həmin iş günü istirahət verilə bilər;
D) keçirilə bilməz;
E) ancaq həmin iş günündən bir gün sonra istirahət verilə bilər;
Dostları ilə paylaş: |