73.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vərəsəlik hüququna nə təminat verir?
A) dövlət;
B)konstitusiya;
C) qanun;
D)respublika.
E)ölkə
74.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı müddəalardan hansı yanlışdır?
A) işsizlərin dövlətdən sosial müavinət almaq hüququ yoxdur.
B)qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər;
C)qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz;
D) öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir;
E)məlumatın toplanması , saxlanılmasına , istifadə və yayılmasına yol verilmir.
75.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə kimin borcudur?
A) onların ailə üzvlərinin;
B)dövlətin;
C)vətəndaş cəmiyyətinin;
D)yerli bələdiyyənin;
E)icra hakimiyyətinin;
76.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə hansı qaydada xitam verilə bilər?
A)yalnız məhkəmə qaydasında;
B)müvafiq icra hakimiyyətinin qərarı ilə;
C)qanunvericilik hakimiyyətinin qərarı ilə;
D)beynəlxalq hüquq normalarına uyğun olaraq.
E) məhkəmə qərarı ilə .
Dostları ilə paylaş: |