Azərbaycanın Respublikası BMT-yə nə zaman tam hüquqlu üzv qəbul edilmişdir?
Cavab: 02 mart 1992-ci il.
Ümumilli lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi tariximizə hansı gün kimi daxilolmuşdur?
Cavab: Milli Qurtuluş Günü.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə dünya miqyasında neçənci yerdəqərarlaşıb?
Cavab: 35-ci yerdə.
Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (SouthernGasCorridor)layihəsineçəseqmentdənibarətdir?
Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 3 seqmentdən ibarətdir: Cənubi Qafqaz Qaz Boru Kəməri (South Caucasus Pipeline), Trans-Anadolu Qaz Boru Kəməri (Trans-Anatolian Pipeline-TANAP), Trans-Adriatik Qaz Boru Kəməri Layihəsi (Trans- Adriatic Pipeline-TAP). Dövlətlərarası münasibətləri tənzimləməyə xidmət edən beynəlxalq qurumun təşkili sahəsində mühüm addım olan BMT-nin təsis konfransı nə zaman keçirilmişdir?
Cavab: 24 oktyabr 1945-ci il tarixində.
Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (SouthernGasCorridor)layihəsineçəölkəniəhatəedir?
Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi 6 ölkəni əhatə edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya. Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazınneçənci ildə çatdırılmasıplanlaşdırılır?
Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi çərçivəsində Avropaya (İtaliyaya) ilk qazın 2020-ci ildə çatdırılması planlaşdırılır.