ATƏT-in Minsk Qrupunun tərkibinə daxil olan ölkələr hansılardır?
Cavab: ATƏT-in Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində hansı ölkələr başçılıq edirlər?
Cavab: 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) İstanbul Sammiti (Zirvə toplantısı) nə zaman keçirilmişdir?
Cavab: 18-19 noyabr 1999-cu il.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) Bakı Ofisi nə zaman açılmışdır?
Cavab: ATƏT-in Bakı Ofisi 18 iyul 2000-ci ildə açılmışdır.
Dostları ilə paylaş: |