Cavab: Proqramın məqsədi Qara Dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinigücləndirməkdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsində əsas məqsəd nəidi?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu və ötürmə gücü nə qədərdir?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu 980 km-dir, ötürmə gücü isə ildə 20 mlrd. kubmetrədəkdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz nə zamanvurulmuşdur?
Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur. Azərbaycan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli nə zamanqoyulmuşdur?