Dövlət qulluğuna qəbul



Yüklə 165,4 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.04.2022
ölçüsü165,4 Kb.
#115605
1   2   3   4
dovlət qulluquna qebul

heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi 

(hərbi,  diplomatik)  rütbəyə  malik  olan  şəxslər  dövlət  qulluğuna  qəbul  edildikdə, onlar  barəsində 

bu Qanunun 28.7-

ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.  

28.10.  Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan  Respublikasının  adından  müvafiq  dövlət 

orqanının sənədi ilə təsdiq edilir. 

28.11.  Vakant  vəzifəyə  təyin  olunmaq  üçün  dövlət  orqanının  rəhbərinə  təqdim  olunmuş, 

lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat 

kadr  kimi  saxlanılır. 

Bu  müddət  ərzində  həmin  dövlət  orqanında  analoji  vakant  vəzifə  olduqda, 

namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji 

vakant  vəzifə  olduqda,  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  orqan  (qurum) 

tərəfindən  həmin  vəzifəyə  təyin  edilmə  məsələlərinə  baxılması üçün  namizədlər  bu  dövlət 

orqanının  rəhbərinə  təqdim  olunurlar.

 

Həmin  müddət  ərzində  inzibati  vəzifələrə  təyin  edilən 

namizəd  ehtiyat  kadrlar  siyahısından  çıxarılır.  Şəxsin  bir  dövlət  orqanında  ehtiyat  kadr  kimi 

saxlanılması  digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə  keçirilən müsahibədə iştirakını 

məhdudlaşdırmır.  

Dövlət  orqanında  inzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusuna  uyğun  olaraq  müvafiq 

vakant  inzibati  vəzifə  üzrə  ehtiyat  kadr  olduğu  halda,  həmin  inzibati  vəzifənin  müsabiqəyə  və 

ümumi müsahibəyə çıxarılmasına yol verilmir.  

28.12. Bu Qanunun 28-

ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati 

vəzifələrin  ali,  birinci,  ikinci  və  üçüncü  təsnifatı  vəzifələrinə,  Azərbaycan  Respublikasının  xarici 

ölkələrdə  fəaliyyət  göstərən  səfirlik  və  konsulluqlarında  təyin  olunan  ticarət  nümayəndələri 

vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  dövlət  qulluğunun  xüsusi  növünə  qəbula  şamil  edilmir.  Bu 

Qanunun  2.3-

cü  maddəsində  nəzərdə  tutulmuş  dövlət  orqanlarında  qulluğa  (xidmətə)  qəbul 


qaydaları  Azərbaycan  Respublikasının  dövlət  qulluğunun  xüsusi  növünü  tənzimləyən  qanunları 

ilə müəyyən edilir.  

1

–3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan 

Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət 

nümayəndələri  istisna  olmaqla)  inzibati  vəzifələrin  birinci  -  üçüncü  təsnifatlarına  uyğun  olan 

vəzifələrə,  habelə  2-ci  kateqoriya  dövlət  orqanlarına  aid  müvafiq  icra  hakimiyyəti  orqanında 

inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət 

orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə 

uyğun olaraq daxili müsahibə əsasında həyata keçirilir.

  

Dövlət  qulluğu  vəzifəsinin  tutulması  üçün  nəzərdə  tutulan  təhsil  tələbi  (istiqaməti)  üzrə 



elmlər  doktoru  elmi  dərəcəsi  olan  şəxslər,  dövlət  orqanlarında  (qurumlarında)  siyahısı  müvafiq 


Yüklə 165,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin