Dövlət qulluğunda gender bərabərliyi


Dövlət Qulluğu Məsələləri üzrə Komissiya



Yüklə 0,59 Mb.
səhifə10/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Prezidentinin 2005-ci il 19 yanvartarixli fərmanı ilə təsis edilmişdir. Komissiyanın fəaliyyətini tənzimləyən Əsasnamədə bu icra orqanının fəaliyyətinin məqsədləri müəyyənləşdirilir:



  • dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi

  • dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi

  • dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət

  • dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsi14

Əsasnamədə həmçinin Komissiyanın əsas vəzifələri müəyyənləşdirilmişdir. Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır və bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirir; dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir və ondan səmərəli istifadə olunmasını təmin edir, vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini mərkəzləşdirilmiş qaydada təşkil edir, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirir.

24 iyun 2009-ci ildə Azərbaycan Respublikasının fərmanı ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları” təsdiq edildi. Bu günə qədər Komissiya tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 7 musabiqə və müsahibə keçirmişdir, müsabiqələrin keçirilməsinə dair bir sıra standartlaşdırılmış qaydalar və təlimatlar hazırlamışdır. Qəbul haqqında statistik məlumat mütamadi şəkildə Komissiyanın internet səhifəsində yerləşdirilir. Komissiyanın fəaliyyəti illik hesabatlar formatında işıqlandırılır və internet vasitəsi ilə ictimaiyyətə təqdim olunur.

Komissiyanın fəaliyyətinin təşkili Komissiya sədrinin rəhbərliyi altında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 29 mart tarixli 725 nömrəli Sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Komissiyanın sədri təyin edilmişdir. Komissiyada Komissiyanın sədrindən (Kollegiyanın sədri), onun müavinindən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrindən, Komissiyanın digər rəhbər işçilərindən və dövlət qulluğu sahəsi üzrə mütəxəssislərdən ibarət Kollegiya fəaliyyət göstərir. Kolleqiyanın iclaslarında Komisiyanın fəaliyyətinə aid məsələlər müzakirəyə təqdim olunur və adi səs çoxluğu ilə qərarlar qəbul edilir.

Komissiyanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komissiyanın tərkibində 1 şöbə (Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi) və 4 sektor (İT və proqram təminatı sektoru, Hüquq sektoru , Beynəlxalq əlaqələr sektoru və Mühasibat və təsərrufat sektoru) fəaliyyət göstərir. Komissiyada 23 əməkdaş çalışır.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin