Dövlət qulluğunda gender bərabərliyi
Seçdiyimiz medoloji çərçivəyə daxil olan komponentlər bir-biri ilə sıx bağlıdır. Gender sahəsində bərabər hüquqlar, imkanlar və iştirak demokratik cəmiyyətin mühüm əlamətidir. Davamlı inkişaf sahəsində dövlət siyasətinin uğurlu həyata keçirilməsi , dövlət qulluğu sistemində səmərəli idarəçilik prinsiplərinin tətbiq olunması hər üç komponentin təmin olunmasını tələb edir. Qanun səviyyəsində cəmiyyətdə və konkret olaraq dövlət qulluğu sistemində bərabər hüquqların müvcudluğu hələ də real gender bərabərliyin qarantiyası deyil. Sosial mühitində gender əsaslı təzyiqlər altında yaşayan şəxsiyyətin öz qanuni hüquqlarından istifadə etmək imkanı olduqca məhduddur. Elece də kişi və qadınların sistemin fəaliyyətində iştirakını nümayiş etdirən rəqəmlər reallıqda karyera, professional inkişaf, iş və şəxsi həyat balansı sahələrində qadınların və kişilərin barəbəbər imkanlara malik olduğunu demək üçün yeterli sübutu deyil və cəmiyyətdə ayrı-seçkilikdən tam azad olan ictimai fəaliyyət üçün bərabər imkanların olmasına dəlalət etmir. Bu səbəbdən aşağıdakı təhlil dövlət qulluğu sistemində gender bərabərliyinə aid hər üç istiqaməti əhatə edir və bərabər hüquqlar, bərabər iştirak və bərabər imkanlar sahəsində daha əlverişli şəraitin yaradılmasına dair bəzi tövsiyyələr təqdim edir. Yüklə 0,59 Mb. Dostları ilə paylaş: |