Dövlət qulluğunda gender bərabərliyi


Hesabatın məqsədləri və strukturu haqqında



Yüklə 0,59 Mb.
səhifə2/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   2   3   4   5   6   7   8   9   ...   42
Hesabatın məqsədləri və strukturu haqqında

“Dövlət qulluğunda gender bərabərliyi” analitik hesabatı “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” layihəsinin çərçivəsində hazırlanmışdır. “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir. “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” daha geniş bir layihənin (“Dövlət Qulluğunda İslahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili”) tərkib hissəsidir.



Hesabatın əsas məqsədi dövlət qulluğu sahəsində gender bərabərliyinin bərqərar olması üçün əsas vasitələrdən biri olan gender yönəmli həssas yanaşmanın uğurlu tətbiqi üçün mövcud olan şəraitin və mexanizmlərin təhlilidir. Bu ümumi məqsədə uyğun olaraq hesabatda dövlət qulluğuna aid bir sıra sahələrdə mövcud olan vəziyyətin və imkanlartın araşdırılması aparılır. Hesabatda:

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın daxili prosedurları və qaydalarının gender təhlili aparılır və daxili qaydaların gender bərabərliyi çərçivəsində təkmilləşdirilməsinə dair tövsiyyələr təqdim olunur.

  • Dövlət qulluğuna aid qanunvericiliyin gender təhlili aparılır və qanunvericiliyin gender bərabərliyi çərçivəsində təkmilləşdirilməsinə dair tövsiyyələr təqdim olunur.

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın administrativ hesabatlarında cins bölgüsü üzrə statistik məlumatrlarından istifadə təcrübəsinin araşdırılması və bu sahədə əlavə tədbirlərə dair təvsiyyələr təqdim olunur

  • Dövlət qulluğu sistemində və xüsusi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadr tərkibində gender balansının təhlili aparılır.

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları arasında gender bərabərliyi və gender yönümlü həssas yanaşma mövzusunda keçirilmiş sorğunun nəticələrinin təhlili təqdim olunur və müvafiq tövsiyyələr verilir.

Hesabat 7 hissədən ibarətdir. Hesabatın birinci hissəsində gender bərabərliyi və gender yönümlü həssas yanaşmanın nəzəri əsasları və praktiki tətbiqi haqqında ümumi məlumat verilir. Birinci hissədə həmçinin Azərbaycan Respublikasının gender bərabərliyi sahəsində yürütdüyü siyasətin əsas istiqamətləri və mərhələləri araşdırılır. Hesabatın ikinci hissəsində Azərbaycanda dövlət qulluğu islahatı, dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu və vəzifələri haqqında məlumat verilir. Hesabatın üçüncü hissəsində dövlət qulluğunun gender təhlilinin metodologiyası izah olunur. Hesabatın dördüncü hissəsində dövlət qulluğuna aid qanunvericiliyin gender təhlili aparılır və müvafiq tövsiyyələr təqdim olunur. Hesabatın beşinci hissəsində dövlət qulluğu sistemində və xüsusi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadr tərkibində kişilərin və qadınların say nisbəti və mövqeləri araşdırılır, sistemdə gender əsaslı şaquli və üfüqi seqreqasiyası haqqında məlumat verilir və müvafiq tövsiyyələr təqdim olunur. Hessabatın altinci hissəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın daxili qayda və prosedurlarının gender təhlili aparılır və müvafiq tövsiyyələr təqdim olunur. Hesabatın yeddinci hissəsində gender bərabərliyi və gender yönümlü həssas yanaşma mövzusunda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mərkəzi aparatının əməkdaşları arasında aparılmış sorğunun nəticələri təhlil olunur.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin