Qadınlar və kişilər arasında bərabər münasibətlərin qurulması məqsədi ilə müxtəlif ictimai institutlarda resursların və vəzifələrin bölüşdürülməsini dəyişdirməyə çalışan siyasətlər və qaydalar. Bu cür siyasətlər və qaydalar adətən gender sahəsinə aid strateji məqsədləri nəzərdə tutur və həm qadınlara, həm də kişilərə və ya da hansısa spesifik hədəf qrupuna yönəldilir. Eyni zamanda bu cür siyasətlər qadınların və kişilərin bugünkü praktiki tələbatlarını (xüsusi ilə gender sahəsində dəyişdirici potensiala malik olanları) ödəyə bilər.