Dövlət qulluğunda gender bərabərliyi


Dövlət qulluğuna aid qanunvericiliyin gender təıhlili



Yüklə 0,59 Mb.
səhifə21/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
Dövlət qulluğuna aid qanunvericiliyin gender təıhlili

Hesabatda Azərbaycan Respublikasında dövlət qulluğuna aid əsas normativ-hüquqi aktların gender təhlili təqdim olunur. Bunlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və bir sıra digər hüquqi-normativ aktlardır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci il 21 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuşdur. Qanun Azərbaycanda dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsəlləri və dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri tənzimləyir. Qanunda dövlət qulluğunun mahiyyəti açıqlanır, dövlət qulluğunun əsas vəzifələri və prinsipləri, dövlət orqanlarının təsnifatını və dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin təsnifatını, dövlət qulluqçularının hüquqi vəziyyəti, hüquqları,vəzifələri və ixtisas dərəcələri və dövlət qulluğuna qəbul qaydaları müəyyənləşdirilir.

Qanun 3-cü maddəsində Azərbaycan Respublikasında dövlət qulluğunun əsas vəzifələri izah olunur:



  • Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

  • dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

  • dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

Bu vəzifələri həyata keçirmək məqsədi ilə dövlət qulluğu sistemi 14 əsas prinsip üzərində öz fəaliyyətini qurur. Qeyd etmək, lazımdır ki bu prinsiplərin bir çoxu səmərəli idarəçiliyin BMT tərəfindən müəyyən etdiyi prinsiplərlə üst-üstə düşür.






Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin