Dövlət qulluğunda gender bərabərliyi


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hesabatlarında cins bölgüsü üzrə statistik məlumatlardan istifadə



Yüklə 0,59 Mb.
səhifə32/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hesabatlarında cins bölgüsü üzrə statistik məlumatlardan istifadə.


Nümunəvi təcrübə.
Dövlət Qulluğu Məslələri üzrə Komissiyasında qadın və kişilərin dövlət qulluğuna qəbuluna dair statistik məlumatların toplanması, təhlili və təqdimatı prosesində nümayiş etdirdiyi gender həssaslığı Azərbaycan dövlət qulluğu sistemində nümunəvi təcrübə olaraq öyrənilməli və yayılmalıdır.

Komissiya 2007 ildən başlayaraq bu günə qədər dövlət qulluğuna qəbul üzrə keçirilmiş 7 müsabiqənin nəticələrinin təhlilini hazırlamışdır. Təhlillərdə qəbulun hər mərhələsi üzrə (namizədlərin qeydiyyatı, test mərhələsi və müsahibə mərhələsi) nəticələrin cins bölgüsü təqdim olunur. Təhlillər həmçinin təsnifatlar və dövlət orqanları özrə namizədlərin cins bölgüsünü nümayiç etdirir. Ümumiyyətlə, Komissiya tərəfindən hazırlanan təhlillərdə cins bölgüsü 10 nəticə kateqoriyası üzrə təqdim olunur.

  1. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin gender tərkibi;

  2. Kişi və qadın namizədlərin dövlət orqanları üzrə bölgüsü;

  3. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş kişi və qadın namizədlərin inzibati vəzifələrin təsnifatları üzrə bölgüsü;

  4. Qeydiyyatdan keçmiş namizədlərin dövlət orqanları və inzibati vəzifələrin təsnifatları üzrə bölgüsü;

  5. Test mərhələsində iştirak etməyən namizədlərin gender bölgüsü;

  6. Qeydiyyatdan keçmiş kişi və qadın namizədlərin testdə uğur qazanma faizi;

  7. Test mərhələsindən uğurla keçmiş kişi və qadın namizədlərin inzibati vəzifələrin təsnifatları üzrə bölgüsü;




  1. Test mərhələsini uğurla keçmiş namizədlərin dövlət orqanları və inzibati vəzifələrin təsnifatları üzrə bölgüsü;

  2. Müsahibədən uğurla keçmiş namizədlərin gender tərkibi;

  3. Testdən uğurla keçmiş kişi və qadın namizədlərin müsahibədə uğur qazanma faizi.

Bütün nəticələr Komissiyanın İnternet səhifəsində iki formatda (doc və pdf formatında) nümayiş etdirilir və bütün İnternet istifadəçiləri üçün açıqdır.

Bununla bərabər Komissiya tərəfindən 2007-2009 illərdə keçirilmiş 6 müsabiqə və 5 müsahibə nəticələrinin ali məktəblər üzrə ətraflı təhlili hazırlanıb. Bu təhlildə qəbul prosessində iştirak etmiş namizədlər arasında müxtəlif ali təhsil ocaqlarının məzunlarının faizi göstərilir. Təhlildə müxtəlif ali məktəblərin məzunu olan namizədlərin cins üzrə bölgüsü də öz əksini tapmışdır. Komissiya tərəfindən hazırlanmış təhlilə həmçinin altı müsabiqə üzrə müxtəlif yaş qruplarına aid namizədlərin cinsi mənsubiyyətinə və ali məktəblərə görə nəticələri də daxil edilmişdir. Bütün nəticələr Komissiyanın İnternet səhifəsində yerləşdirilib.

Azərbaycanda dövlət qulluğu sisteminə qəbul prosessində iştirak edənlərin cins üzrə bölgüsü geniş ictimaiyyət üçün və xüsusi ilə perspektiv namizıdlər, gender və dövlət idarəetməsi üzrə ekspertlər, mediya nümayəndələri, ali məktəblərin məzunları, professor-müəllim heyəti və administrasiyası, xarici və yerli qeyri-hökümət təşkilatlarıi üçün çox faydalı məlumat bazasıdır.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin