Dövlət Qulluğunun strukturu
Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunun idarəetmə orqanı Dövlət qulluğunu idarəetmə Şurasıdır, Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Presidenti tərəfindən, 6 üzvü Milli Məclisin sədri tərəfindən və 6 üzvü Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Dövlət qulluğunun əsas icraedici orqanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.
Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunda vəzifələr “ həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsüllarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür“9.
İnzibati vəzifələr 1-ci-7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir10
Yardımçı vəzifələr 1-ci-7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir11.
Dövlət Qulluğu haqqında Qanunda həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatı verilir.İnzibati vəzifələr üçün 9 təsnifat, yardımçı vəzifələr üçün isə 6 təsnifat nəzərdə tutulur. Qanun dövlət qulluqçularının ixtisas dərəcələrinin ierarxiyasını müəyyən edir. Dövlət qulluqçusunun ixtisas dərıcəsi onun ixtisas səviyyəsini göstərir, inzibati vəzifə tutmaq, vəzifəyə uyğun olan maaşa əlavə haqq almsaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Qanunda inzibati vəzifələrin təsnifatına uyğun 9 ixtisas dərəcəsi və yardımçı vəzifələrin təsnifatına uyğun 6 ixtisas dərəcəsi müəyyən edilir12.
Dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda 24 inzibati vəzifə və 4 yardımçı vəzifənin siyahısı təsdiq olunur13. Dövlət Statistika Komitəsinin Azərbaycan dövlət qulluğuna dair dərc etdiyi statistik məlumatlarda inzibati vəzifələr 1-4 və 5-9 təsnifatlar və 7 vəzifə kategoriyası (şöbə müdiri, şöbə müdirini müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi), yardımçı vəzifələr isə 4 vəzifə kategoriyası üzrə bölünür. Statistik bazasının bu klassifikasıya üzərində qurulduğuna görə hazırkı hesabatda da ondan istifadə olunur.
Dostları ilə paylaş: |