[212] 17 may 2016-cı il tarixli 257-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 849) ilə 25-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.