Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 1, maddə 1) ilə 2.0.6-cı maddədə "növlərin verilməsi" sözlərindən sonra "və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi" sözləri əlavə edilmişdir.
21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083) ilə 2.0.6-cı maddədə "və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi" sözləri "nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi" sözləri ilə əvəz edilmişdir.
28 oktyabr 2008-ci il tarixli 708-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1047) ilə 2.0.6-cı maddədə, habelə 18-ci və 19-cu maddələrin adlarında