) ilə 4.1-ci maddəsinin ikinci bəndə “işçilərinin” sözündən sonra “(“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla)” sözləri əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 524-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, “Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1229) ilə 4.1-ci maddəsinə yeni məzmunda üçüncü bənd əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 844-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 6) ilə 4.1-ci maddənin üçüncü bəndində “ASAN xidmət” mərkəzlərində” sözləri “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri ilə, “mərkəzlərdə” sözü isə “qurumlarda” sözü ilə əvəz edilmişdir.