763-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2013-cü il, № 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1279) ilə 4.1-ci maddəsinə dördüncü bənd əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 844-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 6) ilə 4.1-ci maddənin ikinci və dördüncü bəndlərində “ASAN xidmət” mərkəzlərində” sözləri “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri ilə əvəz edilmişdir.
[29] 20 oktyabr 2015-ci il tarixli 1381-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 dekabr 2015-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1432) ilə 4.1-ci maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlardafəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.
Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürülür.