511-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1227) ilə 18.24.2-ci maddədə “50 manat, hər artan il üçün 10 manat artırılmaqla” sözləri “fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla” sözləri ilə əvəz edilmişdir.