511-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1227) ilə 18.63-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiayada deyilirdi:
18.63. İnteqral sxem topologiyası sahəsində:
18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 5 manat;
18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 7 manat.