) ilə yeni məzmunda 22.0.34-1-ci maddə əlavə edilmişdir.
[206] 29 dekabr 2015-ci il tarixli 82-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 yanvar 2016-cı il, № 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 36) ilə 23-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.
23.2.(Çıxarılıb) [206]
23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilatı-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenzıyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur. [206]
Dostları ilə paylaş: |