33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması
20 manat
33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması
250 manat
Maddə 34. Yekun müddəalar[241]
34.1. (Çıxarılıb)[242]
34.2. Bu Qanun qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar qüvvədən düşmüş hesab edilir:
34.2.1. "Dövlət rüsumu haqqında" 1995-ci il 24 mart tarixli Azərbaycan Respublikasının Qanunu;
34.2.2. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 414).
34.2.3. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1 , maddə 10) aşağıdakı dəyişikliklər edilsin:
34.2.3.1. 30-cu maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir";
Üçüncü hissə çıxarılsın;
dördüncü hissədən "Bu Qanunun 1 saylı Əlavəsində müəyyən edilmiş" sözləri çıxarılsın;