M a d d ə 1 8 . İkimərhələli tender və ya təkliflər sorğusu
18.1. Aşağıdakı hallarda satınalan təşkilat satınalma zamanı bu Qanunun 46-cı maddəsinə uyğun ikimərhələli tender prosedurlarından və ya 48-ci maddəsinə uyğun təkliflər sorğusundan istifadə edə bilər:
18.1.1. malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:
öz tələbatının ödənilməsinin müxtəlif mümkün üsulları ilə əlaqədar tender təkliflərini,
təkliflər sorğularını və ya ofertaları cəlb edir; malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar
malgöndərənlər (podratçılar) ilə müzakirələr aparır.
18.1.2. satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla).
18.2. Satınalan təşkilat qeyd olunanlarla yanaşı, satınalma zamanı təkliflər sorğusu metodunu əlavə olaraq aşağıdakı halda tətbiq edə bilər:
18.2.1. yaranmış tələbatın satınalan təşkilat tərəfindən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda.
Dostları ilə paylaş: |