M a d d ə 1 1 . Tenderin baş tutmaması və onun davamından imtina
11.1. Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.6
11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına
yönələn sövdələşmə müəyyən etdikdə; tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.
11.3. Satınalan təşkilat bu Qanunun 11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir məsuliyyət daşımır.
11.4. Tender təkliflərinin, ofertaların və kotirovkaların rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün malgöndərənlərə (podratçılara) dərhal göndərilir.
11.5. Tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkaların rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə, mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca tender keçirə bilər. Bölünən hissələrin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdən aşağı ola bilməz.
Dostları ilə paylaş: |