M a d d ə 2 5 . Tender təkliflərinin cəlb edilməsi
25.1. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.10
25.2. ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.
25.3. Satınalan təşkilat açıq tender elanı verməklə yanaşı, malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər.
25.4. Satınalmaların digər metodlarında təkliflərin, ofertaların və kotirovkaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir.
25.5. Fərdi dəvətdə bu Qanunun 26-cı maddəsində göstərilən məlumatlar əks etdirilir.
Dostları ilə paylaş: |