malgöndərən (podratçı) - satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və
ya real tərəfi; iddiaçı - tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya
fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi; tender təklifinin təminatı - iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
tender komissiyası - satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender
prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu; tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara
təqdim edilən sənəd; satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı - tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər; güzəştli düzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu
və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;3 dövlət vəsaiti - Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər; emitent - malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə
yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu; malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti.
Dostları ilə paylaş: |