M a d d ə 3 3 . Tender təklifinin təminatı
33.1. Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1-5 faizinədək məbləğdə müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
33.2. Tender təklifinin təminatı aşağıdakı hallarda təxirə salınmadan qaytarılır:
33.2.1. tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
33.2.2. tender prosedurları ləğv olunduqda;
33.2.3. tenderdə ilk üç yerdən birini tutmayan iddiaçılara tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
33.2.4. tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
33.2.5. tender qalibinə satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra;
33.2.6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.
33.3. İddiaçı tender təklifi verməzdən əvvəl satınalan təşkilata təklifin təminatı emitentinin və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək (əgər tələb olunursa) barəsində sorğu verə bilər. Satınalan təşkilat bu cür sorğuya ləngimədən cavab verməlidir.
33.4. Münasibliyi təsdiq edilmiş emitent və ya təsdiqləyici tərəf sonradan hər hansı səbəbə görə ödəmə qabiliyyətini və ya etibarlığını itirdikdə satınalan təşkilat onların verdikləri təminatı rədd etmək hüququna malikdir.
33.5. Satınalan təşkilat emitent barəsində hər hansı tələbini, habelə tender təklifi üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini tenderin əsas şərtlər toplusunda göstərir. Satınalan təşkilat tender təkliflərinin təminatı ilə bağlı iddiaçıların hərəkətlərinə hər hansı tələbləri yalnız aşağıdakı hallara tətbiq edə bilər:
33.5.1. tender təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya tender təklifinin qüvvədə olma müddəti başa çatanadək tender təklifinin geri götürülməsi və ya dəyişdirilməsi;
33.5.2. satınalan təşkilat satınalma müqaviləsini imzalamağı tələb etdiyi halda müqavilənin imzalanmaması;
33.5.3. tender təklifi aksept edildikdən sonra satınalma müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın verilməməsi və ya müqavilə imzalananadək tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtin yerinə yetirilməməsi.
M a d d ə 3 4 . Valyuta növü
34.1. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər. 12
34.2. Xarici hüquqi və fiziki şəxslərin tender təklifləri sərbəst dönərli valyuta ilə göstərildikdə, tender təkliflərinin verilməsinin son gününə Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.13
Dostları ilə paylaş: |