Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Bələdiyyə xidmətləri, problemlər



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə107/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   103   104   105   106   107   108   109   110   ...   152
YourFileName

 
10.2. Bələdiyyə xidmətləri, problemlər. 
 
Əhaliyə  bələdiyyə  xidmətiərinin  göstərilməsi  yerli  özünüidarəetmə 
orqanlarmm  birbaşa  vəzifəsi  olub,  ən  vacib  məsələlərdən  biridir.  Bu  xidmətlərin 
göstərilməsi prosesinin əsas iştirakçılan aşağıdakılardır: 

istehlakçılar - məhsul və ya xidmətləri satm alır və bilavasitə istifadə edir

İstehsalçılar - məhsul və xidmətlərin istehsalım, icrasını və istehlakçıya 
çatdınimasını təmin edir; 

xidmətin göstərilməsim təmin edən təşkilatçı (sərəncam veren). O, 
istehlakçıya xidmət edəcək istehsalçım seçir və ya əksinə. İstehlakçı, 
istehsalçı və təşkilatçı öz aralarmda xidmətin təmin 
olunması, onun çatdıniması və haqqımn ödənilməsi kimi müəyyən münasibətlərlə 
bağlı olurlar. Əhaliyə xidmətlərin göstərilməsinin aşağıdakı kimi müxtəlif tiplərini 
(mexanizmlərini) fərqləndirirlər: 
1. 
Ənənəvi  forma  -  bələdiyyələr  öz  büdcəsindən  maliyyələşdirmək  və  öz  işçi 
qüvvəsindən və avadanlığmdan istifadə etməklə xidmətlər göstərir. Bələdiyyə 
həm istehsalçı, həm də sərəncam verən kimi çıxış edir. Xidmətin çatdıniması 
(ödənişli  və  ya  ödənişsiz)  yerli  özünüidarəetmə  orqanlan  və  onun  xidmət 


111 
 
qurumlan  tərəfindən  həyata  keçirilir  (bələdiyyə  müəssisələrinin  bütün 
fəaliyyəti). 
2. 
Tarifləşdirmə  -  bələdiyyə  müxtəlif  və  ya  eyni  keyfiyyətli  xidmət  üçün 
qiymətləri  müəyyən  edir,  bu  xidmətlərin  haqqımn  Ödənilməsi  isə 
istehlakçılann üzərinə düşür. Bu halda xidmətlər həm xüsusi sektor tərəfindən, 
həm  də  bələdiyyələrin  özləri  tərəfindən  göstərilə  bilər  (telefon,  avtobus 
daşımalan). 
3. 
Xidmətlərin  göstərilməsində  bələdiyyələr  arasında  əməkdaşlıq  (bələdiyyə 
razılaşması) - bu halda kiçik bələdiyyə qurumları birləşərək xidməti ya özləri 
göstərirlər  və  ya  onun  göstərilməsini  özəl  müəssisələrə  tapşınrlar.  Bəzi 
hallarda bələdiyyə qurumlarından biri istehsalçı, digəri isə sərəncamçı olur. 
Müqavilə  (subpodryad)  və  xidmətlərin  alınması  -  xidmətlərin  göstərilməsi 
qeyri-bələdiyyə təşkilatlan tərəfindən, lakin bələdiyyələrin göstərişi və məsuliyyəti 
altmda  həyata  keçirilir.  Yerli  Özünüidarəetmə  orqanlan  özəl  şirkətlər  və  qeyri-
kommersiya təşkilatlan ilə məhsul və ya xidmətlərin göstərilməsi haqda müqavilə 
bağlayır. Bu halda özəl şirkət istehsalçı, bələdiyyə isə sərəncamçı kimi çıxış edir. 
Bələdiyyə sifarişi belə müqaviləyə 
I misal ola bilər. 
  5. Talonlann (bon) verilməsi - bələdiyyə əhaliyə müəyyən xidmətləri satın almaq 
üçün müəyyən məbləğdə bonlar verir. İstehsalçı - özəl şirkətdir və bələcüj^ə 
istehsalçıya haqq ödəyir (ərzaq talonlan, çeklər). 
6. 
Xidmətlərin  xüsusi  istehsalçısına  subsidiyalann  verilməsi.  İstehsalçı  -  özəl 
şirkət, bələdiyyə və istehlakçı birlikdə sərəncamçı olur (müəyyən istehsalçılan 
seçirlər). Adətən həm bələdiyyə, həm də istehlakçı istehsalçıya haqq ödəyir 
(mədəniyyət idarələri). 
7. 
Konsessiya - bələdiyyə müəyyən xidmətin göstərilməsinə inhisarçı hüquq və 
məsuliyyəti  xüsusi  istehsalçıya  verir.  Belə  hüquq  istehlakçı  üçün  ən  ucuz 
qiymətlər və ya bələdiyyə üçün on yüksək gəlir təklif edən müəssisəyə verilir. 
8. 
Xidmətlərin  göstərilməsinin  bazar  mexanizmi.  İstehlakçı  təminat  prosesini 
özü təşkil edir ve istehsalçım özü seçir. 


112 
 
19'.  Kommunal  xidmətlərin  ictimai  əsaslarla  və  özünəxidmət  əsasında  könüllü 
istehsalı. Sərəncamçı və istehsalçı könüllü birliklərdir. 
Sonuncu iki mexanizmin bələdiyyə təsərrüfatına aidiyyəti yoxdur. Hazırda 
iri şəhərlərdə əsasən birinci iki növ daha geniş yayılmışdır. Praktikada xidmətlərin 
əhaliyə  çatdınimasının  qanşıq  mexanizmlərindən  də  istifadə  olunur.  Hansı 
mexanizmin daha yaxşı olpıası konkret şəraitdən və konkret bələdiyyə qurumundan 
asılıdır. Bələdiyyə təsərrüfatının modelindən asılı olmayaraq məhsul və xitoətlərin 
əhaliyə  çatdınimasının  bütün  mexanizmlərindən  istifadə  oltma  bilər.  Qeyd  etmək 
olar ki. Adətən bələdiyyə-renta modelində əsas mexanizm kimi ənənəvi bələdiyyə 
xidmətindən, kommunal modeldə isə müqavilə modelindən daha çox İstifadə olunur. 
Bələdiyyə xidmətlərini göstərmək üçün yerli özünüidarəetmə orqanlanna lazım olan 
iqtisadi resurslann həcmi bu xidmətlərin haqqmı kimin ödəyəcəyindən çox asılıdır. 
Hər bir xidmətin haqqı bu xidməti göstərənə tam həcmdə ödənilməlidir. Bu zaman 
xidməti  göstərən  üçün  bui  haqqın  kim  tərəfindən  -  xidmətin  konkret  istehlakçısı, 
yerli büdcə və ya hansısa nisbətdə bunlann hər ikisi tərəfindən ödəniləcəyinin heç 
bir  əhəmiyyəti  yoxdur.  Adətən  bələdi)o^ə  hakimiyyəti  bələdiyyə  xidmətlərinin 
haqqmm  istehlakçılar  tərəfindən  ödənilməsində  daha  maraqlıdır.  Bunun  bir  sıra 
üstünlükləri vardır: 
-xidmətdən istifadə ilə onun qiyməti arasında birbaşa əlaqə olur ki, bunun da 
nəticəsində  xidmətin  istehlakçı  tərəfindən  kəmiyyət  və  keyfiyyətcə 
qiymətləndirilməsi imkam yaranır: 
• xidmətdən qənaətlə istifadə etməyə maraq yaranır; 
•. xidmət göstərənin ke)^yyətli işləməsi üçün stimullar yaranır. Digər tərəfdən 
isə,  bələdiyyə  xidmətinin  pulsuz  və  ya  simvolik  bir  qiymətlə  göstərilməsi  həm 
istehsalçım,  həm  də  istehlakçım  arxaymiaşdınr,  keyfiyyətsiz  işə  və  resurslardan 
israfçılıqla  istifadəyə  gətirib  çıxanr.  Bələdiyyə  xidmətlərinin  mümkün  olduqca 
Ödənişli əsaslarla göstərilməsi barədəki bu mülahizə büdcə gəlirlərinin maksimum 
arbrılmasmm bələdiyyə siyasətinin məqsədi olmaması fikrini bir daha təsdiq edir. 
Bələdiyyə  xidmətlərinin  haqmm  ödənilməsinin  məqsədəuyğun  formalanm 
müəjryənləşdirmək üçün bu xidmətləri bir neçə növə ayırmaq olar: 


113 
 
1. 
Xüsusi  (ayn-ayn)  xidmətlər.  Bu  xidmətlərin  istehsalı  və  istehlakı  fərdi 
xarakter  daşıyır,  yəni  konkret  icraçı  və  istehlakçı  ilə  bağlıdır  və  xidmətin 
həcmi,  miqdan  istehlakçı  tərəfindən  ölçülə  və  qiymətləndirilə  bilər.  Bu 
xidmətlərə əksər ticarət və məişət xidmətlərini, fərdi taksilərdən istifadəni və 
s.  aid  etmək  olar.  Belə  xidmətlər  üçün  istehsalçımn  xərclərini  tam  ödəyə 
biləcək  tariflərin  müəyyən  edilməsi  məqsədəuyğundur.  Bu  xidmətlərin 
büdcədən maliyyələşdirilməsi tələb olunmur. 
2. 
İstehsalı  və  istehlakı  ictimai  xarakter  daşıyan  xidmətlər.  Bu  xidmətlərin 
istehlakı  vaxt  etiban  ilə  nə  istehsalçı,  nə  də  haqqmm  ödənilməsi  ilə  bağlı 
olmur, xidmətin həcmi və keyfiyyəti isə bilavasitə istehlakçı tərəfindən ölçülə 
bilmir.  Belə  xidmətlərə  ərazilərin  abadlaşdıniması  və  yaşıllaş-  dınlması, 
yolların  və  ictimai  istifadə  yerlərinin  saxlanılması,  ictimai  asayişin 
qorunması,  yanğmdan  mühafizə,  qəbiristan-  hqlarm  saxlamiması  və  s.  aid 
edilə bilər, Bu xidmətlər üçün büdcədən maliyyələşdirmə tələb olunur. 
3. 
Maddi vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşa göstərilməsinə 
dövlət tərəfindən zəmanət verilən sosial əhəmiyyətli xidmətlər. Eyni zamanda 
bu xidmətlərə tələbatın -ödənilməsi və xidmətlərdən səmərəli istifadə olunması 
təmin -edilməlidir. Belə xidmətlərə mənzil, səhijryə, təhsil, 
mədəniyyət  sahəsindəki  xidmətləri  aid  etmək  olar.  Bu  xidmətlərin 
bəzilərindən  istifadə  qanunvericiliyə  uyğım  olaraq  tamamilə  pulsuzdur  (məsələn, 
məcburi dövlət proqramı çərçivəsində ümumi orta təhsil və ya tibbi yardım). Sosial 
əhəmiyyətli xidmətlərin əksəriyyətinin istehsalı ictimai, istehlala isə fərdi xarakter 
daşıyır.  Bu  zaman  xidmətin  həcmi  və  kəyfiyyəti  istehlakçı  tərəfindən  tamamilə 
ölçülə və qiymətləndirilə biləndir. Lakin bu xidmətlərin xərci yüksək olduğu üçün 
bütün əhalini təmin etmək mümkün olmur. Buna görə də əksər sosial əhəmiyyətli 
xidmətlər üçün tariflərdən və büdcə maliyyələşdirilməsindən birgə istifadə olunması 
daha məqsədəuyğundur ki, bunların nisbəti çox müxtəlif və əhalinin ayn-ayn qmplan 
üçün  tamamilə  fərqli  ola  bilər.  Bəzi  sosial  əhəmiyyətli  və  bahalı  xidmətlərin 
göstərilməsində 
üçüncü 
maliyyə 
mənbəyi 
kimi 
(tarif 
və 
büdcə 
maliyyələşdirilməsindən başqa) müxtəlif sığorta sistemlərindən istifadə oluna bilər. 


114 
 
Tariflər  müə)o^ənləşdirilərkən  çox  vaxt  göstərilən  xidmətin  həcminin 
qiymətləndirilməsi məsələsi ortaya çıxır. Əgər ! xidmətin həcminin birbaşa ölçüsü 
varsa problem yaranmır, məsələn mənzil sahəsinin ölçüsü, elektrik eneıjisi, qaz, su 
sayqaclan  və  s.  Əgər  xidmətin  birbaşa  ölçüsü  yoxdursa  dolayı  göstəricilərdən 
istifadə olunur, məsələn: 

adambaşına (su sayqacı olmadıqda isti və soyuq sudan istifadə və s,); 

istifadə olunma vaxtından asılı olmayaraq hər bir qurğudan (radio, telefon 
və s istifadə); 

istifadə müddətindən asılı olmayaraq giriş haqqı (şəhər nəq- lİ3^atı, muzey 
və s, istifadə); 

yaşayış sahəsinin hər kvadrat metrindən (sayqac olmadıqda istilik, zibilin 
daşınması, lift və s. istifadə). 
Dolayı  göstəricinin  seçilməsi  heç  də  həmişə  aydın  olmur  və  əlavə  təhlil 
predmeti olmalıdır. Məsələn zibilin daşınması və liftdən istifadəyə görə adambaşı 
tarifdən  də  istifadə  etmək  tamamilə  mümkündür.  Dolayı  ölçülərdən  istifadə 
olunması xidmət istehsalçılırma daha çox faydalı olur. Buna görə də mümkün olan 
yerlərdə xidmətlərin birbaşa ölçülməsinə keçmək daha məqsədəuyğımdur. 
Bələdiyyə xidmətlərinin tariflərinin müəyyənləşdirilməsi zamanı ortaya çıxan 
digər  bir  problem  ödənişin  istehlakçı  kateqoriyalan  arasında  bölüşdürülməsindən 
ibarətdir. Burada aşağıdakı prinsiplərdən istifadə oluna bilər: 
-"bərabərlik" prinsipi - ödəniş istifadə olunmuş resursa pro- posional şəkildə hamı 
üçün vahid tarif əsasinda və ya dolayı ölçü yolu ilə (adambaşına, girişə görə, yaşayış 
sahəsinin hər kvadrat metrinə görə və s.) həyata keçirilir; 
-"ədalət” prinsipi - tariflər istehlakçılarin ödəniş qabiliyyətliliyinə görə dəyişir. 
Gəlir  səviyyəsi  aşağı  olan  istehläkçilar  xidmətin  hər  bir  vahidinə  görə  az  haqq 
ödəyirlər.  Vətəndaşlann  ayri-ayn  kateqo-  riyalan  üçün  bəzi  bələdiyyə  xidmətləri 
hətta pulsuz da öla bilər, la^n nəzərə almaq lazundır ki, bu digər istehlakçılann vergi 
yükünü artmr; 
-hər  iki  halda  əlavə  olaraq  bu  və  ya  digər  xidmətin  həcminin  "sosial 
normalaşdmiması" prinsipindən də istifadə oluna bilər. Bu o deməkdir ki, xidmətdən 


115 
 
sosial normativi aşmayan həcmdə istifadəyə görə bir cür tarif və güzəştlər sistemi, 
bü  normativdən  artıq  həcmdə  istifadəyə  görə  isə  daha  yüksək  tarif  sistemindən 
istifadə  olunur  və  güzəştlər  tətbiq  edilmir.  Bu  prinsipin  tətbiqi  yalmz  xidmətin 
həcminin birbaşa ölçüsü olduğu hallarda mümkündür. 
Ayn-ayn  bələdiyyə  xidmətlərinin  göstərilməsi  zamam  vergi  və  tariflərdən 
istifadə  nisbətlərinin,  xidmətin  Ödənişli  və  ya  ödənişsiz  olmasımh  seçilməsi 
bələdiyyə siyasətinin Əsas niəqamlarmdan biridir. 
Artıq  qeyd  etdiyimiz  kimi,  bələdiyyə  hakimiyyəti  əhalinin  bütün  zəruri 
bələdiyyə xidmətləri ilə təmin olunmasına cavabdeh olan hakimiyyət kimi  yalnız 
tək-tək  hallarda  özləri  bu  xidmətlərin  bilavasitə  istehsalçısı  olurlar.  Bələdiyyə 
xidmətlərinin  böyük  əksəriyyəti  müxtəlif  mülkiyyət  formalı  müəssisələr  və  fərdi 
sahibkarlar tərəfindən, sosial xarakterli xidmətlər isə sosial sfera idarələri tərəfində 
göstərilir.  Haqqı  istehlakçı  tərəfindən  ödənilən  xüsusi  (ayn-ayn)  xidmətlər  büdcə 
vəsaitlərinin cəlb olunmasım tələb etmir və icra mexanizmi çox sadə olub xidmətin 
icraçısı və sifarişçisi (alıcısı) arasında müqavilədən ibarətdir. Xidmətin istehsalçısım 
istehlakçımn  özü  seçir.  Xidmətin  keyfiyyətinə  nəzarət  və  qiymətləndirmə  də 
istehlakçı tərəfindən həyata keçirilir. Lakin əgər bələdiyyə xidməti tamamilə və ya 
qismən  büdcə  vəsaitləri  hesabma  göstərilirsə,  onda  sifarişçi  rolunda  bələdiyyə 
hakimiyyəti  çıxış  edir,  xidmətin  istehsalçısı  isə  bələdiyyə  sifarişi  yolu  ilə 
müəy>'ənləşdirilir. 
Bələdiyyə  hakimiyyəti  üçün  bələdiyyə  sifarişinin  ən  sadə  və  ən  rahat 
istehsalçısı  bələdiyyə  müəssisələri  və  ya  idarələridiri  Qanuna  əsasən  yerli 
özünüidarəetmə  orqanlari  onlann  fəaliyyətinin  məqsədlərini,  qayda  və  şərtlərini 
müəyyənləşdirmək,  onların  məhsul  və  xidmətlərinin  qiymət  və  tariflərini 
tənzimləmək,  rəhbərlərini  təyin  etmək  və  işdən  azad  etmək,  fəaliyyətləri  haqda 
hesabatlan  dinləmək  hüququna  malikdir.  Bələdiyyə  müəssisələri  bütün  ölkələrdə 
mövcuddur. 
Onlar  əsasən  istilik,  elektrik,  qaz,  su  təchizatı,  sərnişin  və  yük  nəqliyyatı, 
bələdiyyələrin yaşayış və qeyri-yaşayış fondlarının saxlanılması və təmiri, bələdiyyə 
ərazisinin  abadlaşdıniması,  zibillərdən  təmizlənilməsi  və  s.  kimi  bələdiyyə 


116 
 
xidmətlərinin  böyük  əksəriyyətini  göstərirlər.  Adətən  bələdiyyə  müəssisələrinin 
yaradılmasımn məqsədəuyğun- luğu aşağıdakı amillərlə izah olunur: 

həcmi  və  minimal  keyfiyyət  standartlanna  görə  bəzi  mühüm  bələdiyyə 
xidmətlərinin fasiləsiz göstərilməsinə zərurət yarandıqda; 

yerli  özünüidarəetmə  orqanlarmın  xüsusi  mülkiyyətçidən  asılılığım  aradan 
qaldırmaq  məqsədi  ilə  bələdiyyə  xidmətinin  göstərilməsi  sahəsində  lokal  (yerli) 
inhisarçılığı əldə saxlamaq istəyir; 

sosial ədalətin təmin olunması və xidmət istehlakçılan arasında aynseçkiliyin 
qarşısımn alınması (yaşayış rayonlarına, istehlakçı kate- qoriyasma görə). 
Ölkədə və bələdiyyə ərazisində sosial-iqtisadi vəziyyət nə qədər az dayamqlı 
olarsa  yerli  özünüidarəetmə  orqanları  bələdiyyə  xidmətlərinin  bələdiyyə 
müəssisələrinin  gücü  ilə  göstərilməsinə  bir  o  qədər  çox  meyl  edir.  Bələdiyyə 
müəssisələrinin  fəaliyyətində  bir  sıra  müsbət  cəhətləri  qeyd  etməklə  yanaşı,  eyni 
zamanda onlann bəzi mühüm çatışmazlıqlanm da nəzərə almaq lazımdır. 
Bələdiyyə  müəssisələrinin  əksəriyyəti  ya  ictimai  ya  da  sosial  əhəmiyyətli 
xidmətləri yerinə yetirirlər və buna görə də büdcədən dotasiya alırlar. Onlar obyektiv 
olaraq  resurslardan  qənaətlə  istifadə  olunmasında  və  öz  rentabelliyinin 
artırılmasında  maraqlı  deyildir,  çünki  bu  büdcədən  dotasiyalann  həcminin 
azalmasına  gətirib  çıxara  bilər.  Buna  görə  də  bələdiyyə  müəssisələrinin  iqtisadi 
fəaliyyətinə daim ciddi inzibati və maliyyə nəzarəti tələb olunur. 
Bələdiyyə  müəssisəsi  həmişə  öz  fəaliyyət  sferasında  inhisarçı  kimi  qalmaq 
istəyir və bu xidməti daha ucuz və daha keyfiyyətli yerinə yetirə biləcək hər hansı 
rəqibin meydana çıxmasına mənfi münasibət bəsləyir. 
Dünya  təcrübəsi  göstərir  ki,  bir  qayda  olaraq  xüsusi  mülkiyyətə  əsaslanan 
müəssisələr bələdiyyə mülkiyyətində olan müəssisələrdən daha səmərəli fəaliyyət 
göstərirlər. Buna görə də özəl sektorun müəssisələrini bələdiyyə ərazisində əhalinin 
ictimai  tələbatlanmn  ödənilməsinə  yönəlmiş  məhsul  və  xidmətlərin  istehsalına 
stimullaşdırmaq məqsədəuyğun hesab olunur. Bunun üçün yerli özünüidarəetmə or- 
qanlan bələdiyyə sifarişindən, belə müəssisələrə güzəştlər sisteminden istifadə edə 
bilərlər.  Bələdiyyə  sifarişi  yerli  özünüidarəetmə  orqan  lanmn  bələdiyyə 


117 
 
mülkiyyətində  olmayan  müəssisələrlə  qarşılıqlı  fəaliyyətinin  ən  səmərəli 
üsullanndan biri hesab olunur və getdikcə daha geniş istifadə olunur. 
Göründüyü  kimi,  həm  əhali,  həm  də  bələdiyyələr  bələdiyyə  xidmətlərinin 
göstərilməsi sahəsində müxtəlif formalı müəssisələrin iştirakı ilə rəqabət şəraitinin 
yaradılmasında  maraqlıdırlar.  Çünki  bələdiyyə  xidmətlərinin  göstərilməsi 
mexanizmi istehlakçılann seçim hüququnu və rəqabəti nə qədər çox təmin edərsə bir 
o  qədər  səmərəli  olur.  Xarici  Ölkələrdə  şəhər  nəqliyyatı,  su  təchizatı,  məişət 
sularının  təmizlənməsi  və  hətta  metropoliten  kimi  bir  sıra  çox  vacib  xidmətlərin 
göstərilməsini  özəl  şirkətlərə  etibar  edirlər.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki, 
özəl müəssisələrin iştirakı bələdiyyə xidmətlərinə çəkilən xərclərin azalmasına və 
xidmətin  keyfiyyətinin  yaxşılaşmasına,  büdcə  dotasiyasmm  azalmasına,  ayn-ayn 
hallarda  isə  tariflərin  aşağı  düşməsinə  gətirib  çıxanr.  Digər  tərəfdən  bu  zaman 
bələdi)^ə  orqanlan  bu-  sıra  təsərrüfat  funksiyalanndan  azad  olur  və  öz  səylərini 
strateji  məsələlərinin  həllinə  cəmləşdirə  bilirlər.Buna  görə  də  bələdiyyə 
müəssisələrinin aşağıdakı kimi müstəsna hallarda yaradılması daha məqsədəuyğun 
olardı: 
• 
onlann fəaliyyəti bələdiyyələrin normal işini təmin etmək üçün həddən artıq 
zəruri olduqda; 
®  rəqabət  olmadıqda  yə  ya  obyektiv  səbəblərdən  xidmətin  özəl  müəssisələr 
tərəfindən göstərilməsi mümkün olmadıqda. 
Yerli özünüidarəetmə orqanları bələdiyyə xidmətlərinin göstərilməsində özəl 
sektor  müəssisələrinin  uğurlu  iştirakına  mane  olan  səbəbləri  aradan  qaldırmağa 
çalışmalıdırlar. Belə maneələr aşağıdakılardan ibarət ola bilər: 
bəzi  xidmətlərin  göstərilməsi  sahəsində  özəl  müəssisələrin  marağmm  və  ya 
təşəbbüskarlığının olmaması; 
• 
özəl müəssisələrin zəruri vərdişlər və maliyyə resurslanmn çatışmaması 
• 
bələdiyyə  sektorunun  rəhbərləri  və  qulluqçulan  da  daxil  olmaqla  nüfuzlu 
şəxslər tərəfindən müqavimətin olması; 
• 
əhali tərəfindən özəl sektora və sahibkarlığa münasibətin xoş olmaması. 
• 
özəl sektoru bələdiyyə sifarişləri vasitəsi ilə xidmətlərin göstərilməsinə cəlb 


118 
 
edərkən  yerli  orqanlar  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsinə  cavabdehlik 
daşıyırlar: 
• 
ən vacib xidmətlərin göstərilməsinə zəmanət verilməsi; 
• 
əhalinin bütün təbəqələri üçün xidmətlərdən əlverişli qiymətlərlə istifadə; 
• 
müxtəlif istehlakçı kateqoriyalanna münasibətdə ədalətliliyin gözlənilməsi
• 
minimal keyfiyyət standartlanm təmin etmək. 
 
Xidmətlərin  göstərilməsində  özəl  və  bəIədiyyə  müəssisələrinin  rəqabəti  və 
əməkdaşlığı  bir-birinə  zidd  deyil.  Belə  əməkdaşlığın  uğuru  hər  iki  tərəfin 
öhdəliklərinə əməl etməsindən çox asılıdır. Bu zaman xidmətlərin göstərilməsinə 
nəzarət və cavabdehlik yerli özünüidarəetmə orqanlarmm üzərinə düşür. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin