Müasir dövrdə ictimai həyatın ayrılmaz hissəsinə çevrilən
informasiya texnologiyaları cəmiyyətin inkişafına ciddi təsir göstərən
əsas amillərdən biridir. Bu texnologiyalar vətəndaş cəmiyyəti
institutlarını, iqtisadi və sosial sahələri, bütövlükdə insanların həyat
tərzini əhatə edir.
İnformasiya texnologiyaları eyni zamanda yerli özünüidarəetmə
orqanlarının da ən vacib resurslarından hesab olunur. İnformasiya
texnologiyalarını tətbiq etməklə yerli özünüidarəetmə orqanlarınım
fəaliyyətinin təşkilində, bələdiyyələrin məlumat bazasının işlənib
162
hazırlanmasında və son nəticədə bələdiyyə idarəçiliyində səmərəliliyin
yüksəldilməsinə nail olmaq mümkündür.
Beynəlxalq təcrübə göstərir ki, informasiya texnologiyalarından
geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz
bu texnologiyalar əhalinin sosial – iqtisadi vəziyyətində mövcud
problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı
vasitələrdir.
Azərbaycan Respublikasında da informasiya texnologiyalarının
tətbiqi sahəsində ciddi tədbirlər görülmüş, bu sahədə bir sıra qanunlar
və dövlət proqramları qəbul edilmiş, bu sənədlərdə dövlət siyasətinin
başlıca istiqamətləri öz əksini tapmışdır. Həmin istiqamətlər əsasən
aşağıdakılardır:
1.
Dövlətin informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti
və yerli özünüidarə orqanları , təşkilati – hüquqi və
mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə,
idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə
təmin olunması üçün şəraitin yaradılması ;
2.
İnformasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarının , təşkilati – hüquqi və mülkiyyət
formasından asılı olnmayaraq bütün müəssisə, idarə və
təşkilatların , vətəndaşların hüquqlarının təmin olunması.
Azərbaycan Respublikasının yerli özünüidarə orqanlarında müasir
informasiya texnoiogiyalarının tətbiqi cox vacib bir məsələ olmaqla bərabər
həm də mürəkkəb və problematik bir məsələdir. Tədqiqatların nəticəsi göstərir
ki, ölkə bələdiyyələrində informasiya texnologiyalarından istifadənin səviyyəsi
olduqca aşağıdır. Belə ki, bələdiyyələr bu sahədə planlı idarəetmə fəaliyyəti ilə
məşğul olmamış, informasiya sisteminin işlənib hazırlanması və tətbiqi
məsələlərinə kifayət qədər diqqət yetirilməmişdir. Bir şox bələdiyyələrdə fərdi
kompüterlərdən və rabitə vasitələrindən istifadə olunsa da , həmin texnikaların
tətbiqi sistemsiz həyata keçirilir və vahid informasiya bazasının yaradılması
163
məqsədilə müasir texnoloğiyalardan cox az sayda bələdiyyələrdə istifadə
olunmuşdur. Tətbiqi xarakterli proqramlardan əsasən mühasibat və kargüzarlıq
işinin təşkili ücün istifadə olunur. Müasir şəraitdə yerli idarəetmə orqanlarında
ışlərin intensivliyini artıran , müxtəlif informasiya axınlarını tənzimləyən
informasiya texnologiyalarının tətbiqinin vacibliyi və əhəmiyyəti bələdiyyələr,
onun rəhbər işçiləri tərəfindən hec də hamılıqla başa düşülmür.
Aydındır ki, bələdiyyə idarəçiliyinin səmərəliyi onların fəaliyyətinin
informasiya şəffaflığının yüksəldilməsindən birbaşa asılıdır. Buna görə də
bələdiyyələrin informasiya təminatını yaxşılaşdırmaq üçün müasir informasiya
texnologiyalarından istifadə etməklə müxtəlif sistemlər işlənib hazırlanmalı və
tətbiq olunmalıdır. İnformasiya texnologiyalarının tətbiqi bələdiyyələrdə təkcə
texniki təchizat səviyyəsini qaldırmır, eyni zamanda onun idarəetmə sistemini
təkmilləşdirir, daxil olan və xərclənən vəsaitlərə tam nəzarəti təmin edir,
gələcək inkişaf strategiyasının qurulmasına yardımçı olur və ən əsası qurumun
fəaliyyətində şəffaflığın əsasını qoyur.
Tipik avtomatlaşdırılmış bələdiyyə informasiya - idarəetmə sisteminin
yaradılması əhalinin , dövlətin və bələdiyyələrin özlərinin etibarlı informasiyaya
, bu informasiyanın işlənməsi və təhlilinə olan tələbatının ödənilməsinə imkan
verər, Azərbaycanda artıq yaradılmasına başlanılan “Elektron hökumət”
sisteminin vacib tərkib hissələrindən biri olardı. Eyni zamanda “ Elektron
bələdiyyə” ideyasının həyata keçirilməsinə geniş imkanlar yaranmış olardı.
Belə bir sistemin işlənib hazırlanması aşağıdakı məsələlərin həllinə
istiqamətlənmiş ola bilər:
➢ Seçilmiş struktura uyğun olaraq bələdiyyə ərazisində müxtəlf
təyinatlı informasiyanın yığılması, təsnifatı, periodik olaraq
təzələnməsi və təhlili, ümumi verilənlər bazalarının
formalaşdırılması;
➢ Idarəetmə strukturlarının və əhalinin uyğun istiqamətlər və
cavabdehlik zonaları üzrə ərazinin vəziyyəti haqqında operativ
informasiya ilə təmin edilməsi;
164
➢ Bələdiyyənin vəziyyətinə təsir göstərə biləcək vacib idarəetmə
qərarlarının informasiya təminatının yaradılması;
➢ Bələdiyyələrdə baş verən təbii, texnogen, sosial – siyasi və
iqtisadi proseslərin elmi təhlili və modelləşdirilməsinə imkanın
yaradılması;
➢ Internet texnologiyalarının tətbiqi ilə digər informasiya
sistemləri ilə qarşılıqlı fəaliyyət əlkaqələrinin yaradılması və s.
Müasir informasiya – komunikasiya texnologiyalarından istifadə etməklə
kompüterlərin tətbiqi bələdiyyələrin gündəlik fəaliyyətinin effektivliyini xeyli
dərəcədə artırmaqla yanaşı, həm də idarəetmənin optimal seçim, ehtiyatların
idarə olunması, kütləvi xidmət, həll strategiyasının seçilnməsi kimi yeni
modellərinin qurulmasına imkan verərdi. Müxtəlif ölkələrin təcrübəsi göstərir
ki, müasir informasiya texnologiyalarından istifadə olunması effektiv və çevik
qərar qəbulu prosedurasının yaradılmasına və idarəetmə funksiyalarının
genişləndirilməsinə geniş imkanlar yaradır.
Beləliklə, yerli özünüidarənin təşkili və idarəetmə qərarlarının qəbulu
proseslərində müasir və mütərəqqi texnologiyaların tətbiqi, ümumilikdə
bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsinə və idarəetmə keyfiyyətinin
yuksəldilməsinə xidmət edəcəkdir
Azerbaycan Respublikasaında bələdiyyələrin ötən müddət ərzindəki
fəaliyyətlərinin təhlili göstərir ki, ölkədə səmərəli yerli özünüidarəetməni həyata
keçirmək üçün bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac vardır.
Bu məqsədlə yerli özünüidarənin təşkilində müasir idarəşilik
texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsində geniş
tətbiq olunan müasir idarəçilik texnologiyaları aşağıdakılardır:
3.
Sosial texnologiyalar
4.
İnformasiya texnologiyaları
Dostları ilə paylaş: |