16
Regonlarda iqtisadiyyatın mütərəqqi ərazi təşkili və bazar münasibətləri
əsasında inkişaf etdirilməsi, özəl sektorun iqtisadiyyatda həlledici yer tutması
mərkəzi və yerli idarəetmə orqanlarının fəaliyyəti nəticəsində həyata keçirilir. Bu
sahədə müəyyən uğurlar qazanılmış olunsa da, hazırda regional idarəetmədə
dünyanın bütün ölkələrində öz həllini gözləyən çoxsaylı problemlər mövcuddur.
Regionun inkişafının idarə edilməsi qanunverici, icraedici və nəzarət
orqanlarının fəaliyyətinin bir hissəsi olmaqla mürəkkəb bir prosesı əhatə edir.
Mərkəzi orqan yaradılarkən onun təşkilatı quruluşu və regional proqramların
yerinə yetirilməsində bu təşkilati strukturun hər birinin funksiyalarının düzgün
müəyyənləşdirilməsi vacibdir.
Regionlarda idarəetmə orqanlarının təsnifatı aşağıdakı meyarlara əsaslanır:
➢ ərazi səlahiyyətlərinin miqyasına
görə - mərkəzi, yerli və yerli
özünüidarəetmə orqanlarına
➢ orqanlar arasında qarşılıqlı tabeçilik prinsiplərinə görə - yuxarı və
aşağı orqanlara
➢ təşkil olunma xüsusiyyətlərinə görə - seçkili v\ə nümayəndəli
orqanlara
➢ səlahiyyətlərin xarakter
və məzmununa görə - ümumi, sahə, sahələr
arası və ərazi idarəetmə orqanlarına
➢ məsələləri həll etmə qaydasına görə - kollegial və təkbaşına idarəetmə
orqnlarına bölünür.
Mərkəzi və yerli orqanların qrşılıqlı asılılığı və qrşılıqlı fəaliyyəti onların
vahid tam sistemini yaradır və bu halda həmin orqanların təsnifləşdirməsi
aşağıdakı formada olur:
I.
Hakimiyyət orqanlarının məqsəd və vəzifələrinə görə:
• qanunverici orqanlar
• dövlət icra hakimiyyəti orqanları
• nəzarət orqanları
II.
Hakimiyyət orqanlarının fəaliyyətinin mərkəzləşməsi və qeyri-
mərkəzləşməsi səviyyəsinə görə:
• Mərkəzi dövlət idarəetmə orqanları
• Yerli dövlət idarəetmə orqanlarına
17
III.
Dövlət idarəetmə orqanlarının fəaliyyət xarakterinə və hüququnun
həcminə görə:
• Ümumi səlahiyyətli orqanlar
• Sahə idarəetmə orqanları
• Sahələr arası funksional orqanlar
• Müəssisə, səhmdar cəmiyyət və birliklərin idarəetmə orqanları
Dostları ilə paylaş: