Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə28/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   24   25   26   27   28   29   30   31   ...   152
YourFileName

1.  Qeyri – təmərküzləşmə. 
2.  Devolyusiya. 
    
 Qeyri – təmərküzləşmə  müəyyən funksiyaların, səlahiyyətlərin və maliyyə 
cavabdehliklərinin  mərkəzi  icra  orqanından  aşağı  icra  hakimiyyəti  orqanlarına 
ötürülməsini  nəzərdə tutur. Bu zaman mərkəzi hakimiyyət müəyyən məsələlərə görə 
cavabdehliyi  yerlərə  ötürür  və  ya  dövlət  fəaliyyətini  yerinə  yetirmək  üçün  yeni 
qanunlar yaradır.  
    
 Devolyusiya isə özünü idarəetmə orqanlarına (bələdiyyələrə) müstəqil qərar 
qəbul  etmək,  maliyyə  və  idarəetmə  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququnun 
verilməsini nəzərdə tutur. Bu halda yerli özünüidarəetmə orqanları qanunvericilikdə 
müstəqil  status  alır.  Bu  orqan  inzibati  səviyyə  kimi  baxılır  ki,  hökümət  bunların 
üzərində  yalnız  dolayısı  yolla  nəzarəti  həyata  keçirə  bilər.    Yerli  özünüidarəetmə 
orqanları  dövlət  hakimiyyət  orqanları  sisteminə  daxil  olmurlar.  Dövlət 
idarəetməsinin  devolyusiyası  vahid  dövlət  siyasətinin  yeridilməsinin  tələb 
olunmadığı sferalarda və məsələlərdə  daha səmərəli ola bilər. 
 
Qeyri-mərkəzləşdirmə dövlət funksiyalarının , mülkiyyətinin və maliyyəsinin 
bir qisminin müxtəlif yollarla yerli özünüidarəetmə orqanlarına verilməsini nəzərdə 
tutur  ki,  bu  orqanlar  da  qeyri-mərkəzləşdirilmiş  funksiyalar  çərçivəsində  yuxarı 
hakimiyyət  orqanlarına  müraciət  etmədən  öz  adından  müstəqil  şəkildə  çıxış  edə 
bilərlər. Bu yolla yerli muxtariyyət təmin olunur.  
 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin