1
MÖVZU 1. “Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri”
fənninin predmeti, vəzifələri və məqsədi. Dövlət və onun
funksiyaları
1.1. Fənnin predmeti, vəzifələri və məqsədləri
1.2. Dövlət anlayışı
1.3. Dövlətin mənşəyi və əsas əlamətləri
1.4. Dövlətin tipləri
1.5. Dövlətin əsas funksiyaları
1.1. Fənnin predmeti, vəzifələri və məqsədləri
Dövlət və bələdiyyə idarəetməsi yeni elm sahəsi olmaqla predmeti əsasən
dövlət, hakimiyyət, siyasət, iqtisadiyyat, idarəetmə, cəmiyyət, sosial münasibətlər
və hüququn qarşılıqlı vəhdətindən əmələ gəlir. Predmetin obyekti cəmiyyətin
iqtisadi-təsərrüfatçılıq , sosial-mədəni, sosial-iqtisadi, siyasi-hüquqi fəaliyyət
sahələridir.
Tədris olunan bu fənnin predmetini və obyekti müəyyənləşdirərkən Dövlət
idarəçilik nəzəriyyəsi və bələdiyyə idarəçiliyi nəzəriyyəsi elmlərinin fəaliyyət
sahələri müəyyənləşdirilməli və müasir idarəetmə sahəsində bir-birini tamamlayan
idarəetmə sahələrinə kompleks yanaşma sərgiləmək vacib şərtdir.
Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və
insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Burdan da dövlət
idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır. Dövlət idarəçiliyinin sosial
aspektləri nəzərə alındıqda bu fəaliyyətin insanla və insanların sosial mənafeyi ilə
bağlı olduğu meydana çıxır.
Dövlət idarəçiliyi insanla və insanların sosial mənafeyi ilə bağlı olduğundan
dövlət idarəçiliyinin sosial aspektinin də nəzərə alınması vacibdir. Beləliklə, dövlət
idarəetməsi bütövlikdə dövlətlə insanlar arasında siyasi- hüquqi, sosial fəaliyyət və
münasibətlər sahəsidir. Dövlət idarəçiliyi anlayışı özündə siyasi, sosial və hüquqi
əlamətləri olan hadisə və prosesləri xarakteriza edir.
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası
demokratik dövlət quruculuğu prosesində bütün sahələrdə olduğu kimi dövlət
idarəetmə sahəsində də əsaslı islahatlar həyata keçirilmiş, mərkəzi hakimiyyətim
əksmərkəzləşməsi nəticəsində onların bir çox səlahiyyətləri regional və yerli
hakimiyyətlərə ötürülməsi təmin edilmişdir. Beləliklə də vətəndaş cəmiyyətin
bərqərar olması üçün və vətəndaşların idarəetmədə iştirak etmək kimi konstituon
2
hüquqlarının reallaşdırılması məqsədilə seçki əsasında formalaşan yerli özünüidarə
orqanları olan bələdiyyələr yaradılmış və onların normal fəaliyyət göstərməsi üçün
lazımi təşkilati-hüquqi baza yaradılmışdır. İlk dəfə respublikada bələdiyyə seçkiləri
12 dekabr 1999-cu ildə keçirilmiş və 13 il ərzində bələdiyyələr ölkənin sosial-
iqtisadi inkişafında mühüm yer tutmaqdadırlar. Artıq bələdiyyələr yerli səviyyədə
mühüm dövlət işlərini əsas hissəsini- yerli sosial-iqtisadi,sosial müdafiə və ekoloji
problemləri həll etmək istiqamətində müvafiq tədbirlər həyata keçirirlər. Yerli
problemlərin həlli ilə bağlı qərarların qəbulu və icrası prosesləri heç şübhəsiz yeni
bir idarərtmə forması olan bələdiyyə idarəetməsinin meydana gəlməsinə səbəb oldu.
Göründüyü kimi bələdiyyə idarəetməsi dovlət idarəetməsi prosesinin davamı kimi
onunla vəhdət təşkil edir.
Əsasən yerli əhalinin sosial ,iqtisadi və ekoloji məsələlərini idarə etdiyinə görə
Bələdiyyə idarəetməsi cəmiyyətdə sosial münasibətləri və həmin münasibətlərin
qanunauyğunluqlarının öyrənən bir elm sahəsidir.
Bələdiyyə idarəetməsi siyasi münasibətləri özündə əks etdirmir. Dövlət isə
özündə həm siyasi hakimiyyəti, həm də müasir cəmiyyətin təşkilinin ən yüksək
formasını birləşdirir.
Beləliklə, dövlət idarəçilik nəzəriyyəsinin predmet sahəsi dövlət və cəmiyyətin
idarəetmə və özünüidarəetmə subyekti və obyekti kimi qarşılıqlı fəaliyyət sferasını
xarakteriza edən siyasi-hüquqi və sosial hadisə və proseslərin vəhdətindən ibarətdir.
Dostları ilə paylaş: |