Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Dövlət və bələdiyyə orqanları arasında maliyyə iqtisadi münasibətlər



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə128/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   124   125   126   127   128   129   130   131   ...   152
YourFileName

 
12.2. Dövlət və bələdiyyə orqanları arasında maliyyə iqtisadi münasibətlər. 
 
Dövlət  və  yerli  özünüidarəetmə  orqanlan  arasmdakı  münasibətlərin  ikinci 
forması maliyyə-iqtisadi münasibətlərdir. Əgər təşkilati-hüquqi münasibətlər dövlət 


142 
 
və  yerli  özünüidarəetmə  orqanlan  arasında  əlaqələrin  ümumi  strukturunu  və  ya 
sistemini yaradırsa, maliyyə-iqtisadi münasibətlər bu sistemin fəaliyyətinin maddi 
təminatçısı  funksiyasını  həyata  keçirirlər.  Hansı  formal  statusa  və  hansı 
səlahiyyətlərə  malik  olmasına  baxmayaraq,  əgər  yerli  hakimiyyət  kifayət  qədər 
maddi-maliyyə  resurslanna  malik  deyilsə,  real  olaraq  müstəqil  idarəetmə 
hakimiyyətinə  çevrilə  bilməz.  Təcrübə göstərir  ki,  idarəetmə  səviyyələri  arasmda 
münasibətlərdən ən mürəkkəbi, məhz maliyyə-iqtisadi münasibətlərdir və idarəetmə 
səviyyələrinin  bir-birindən  müstəqillik  dərəcəsi  maliyyə-iqtisadi  münasibətlərdə 
özünü daha çox büruzə verir. 
Bu  münasibətlər  mərkəzi  hakimiyyət  və  yerli  özünüidarəetmə  orqanlan  arasmda 
funksiya  və  səlahiyyətlərin  bölüşdürülməsindən  sonra  həyata  keçirilən  gəlir 
mənbələrinin  müəyyənləşdirilməsi  prosesində  baş  verir.  Mərkəzi  hakimiyyət  çox 
vaxt  maliyyə  mənbələrini  əlində  toplamağa  və  bunlardan  yerli  özünüidarə 
orqanlarma qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışır. Xüsusilə yeni qurulan 
bələdiyyələr  maliyyə  mənbələrinə  daha  çox  ehtiyac  hiss  etdikləri  üçün,  bu  halda 
istər-istəməz dövlətin təsir dairəsinə düşərək ondan asılı olurlar. 
Dövlət  və  bələdiyyə  orqanlan  arasındakı  maliyyə  münasibətlərində  şaquli 
fıskal disbalans (mərkəzi və yerli özünüidarəetmə orqanlanmn maliyyə vəsaitlərinin 
həcmi ilə səlahiyyətlərin bölgüsü prosesində onlara verilən vəzifə və fimksiyalann 
həcmi arasmda olan uyğunsuzluq) yaranmasın deyə, mərkəzi hakimiyyət bir qayda 
olaraq,  yerli özünüidarəetməni  vəzifə  və səlahiyyətlərinə görə  gəlir  mənbələri  ilə 
təmin etməlidir. Başqa sözlə desək, bələdiyyələrə aynlan maliyyə vəsaitləri onların 
konstitusiya və qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərinə uyğun olmalıdır. 
Təsadüfi deyil ki, bu prinsip yerli özünüidarəetmə haqqmda Avropa Xartiyasında da 
öz əksini tapmışdır. 
Beləliklə,  dövlət  və  yerli  özünüidarəetmə  orqanlan  arasmda  maliyyə 
əlaqələrinin  iki  tərəfi  vardır.  Bunlardan  birincisi  vəzifələrin,  digəri  isə  resurslann 
bölüşdürülməsi ilə əlaqədardır. Eyni mənanı xərc və gəlirlərin bölgüsü şəklində də 
ifadə edə bilərik. Çünki hər bir vəzifənin yerinə yetirilməsi müəyyən maliyyə sərfinə 
gətirib çıxanr. 


143 
 
Təbii ki, ictimai xidmətlərin dövlət və bələdiyyələr arasmda bölüşdürülməsi, 
onlann reallaşdınlması üçün lazım olan maliyyə vəsaitlərinin də bölüşdürülməsini 
məcburi  edir.  Ona  görə  də  idarəetmə  səviyyələri  arasında  gəlir  bölgüsünü  hansı 
meyarlara görə və necə həyata keçirmək, başqa sözlə gəlir bölgüsünün ən rasional 
formasını  necə  tapmaq  kimi  suallar  tədqiqatçılan  daim  narahat  etmişdir. 
Ədəbiyyatda  bu  məsələlərlə  bağlı  “maliyyə  federalizmi”  və  ya  “maliyyə  qeyri-
mərkəzləşdirilməsi” kimi terminlərdən istifadə olunur. 
Dövlət və yerli özünüidarəetmə orqanlan arasmda maliyyə- iqtisadi münasibətlərin 
tənzimlənməsinin ilkin pilləsi onlar arasında xərclərin bölgüsündən ibarətdir ki, bu 
da  bilavasitə  əhaliyə  göstərilməli  olan  xidmətlərin  bu  hakimiyyət  səviyyələri 
arasında  bölgüsü  ilə  bağlıdır.  Dövlət  və  yerli  özünüidarəetmə  orqanlan  arasında 
xidmət  bölgüsü  (maliyyə  termini  ilə  desək,  xərc  bölgüsü)  iqtisadi  və  ənənəvi 
(praktik) meyarlara göp həyata keçirilir. Xidmətlərin iqtisadi meyara görə bölgüsü 
xidmətin  yayıldığı  sahə  və  onun  yaratdığı  xarici  effekti, xidmətlərə  olan  tələbatın 
optimal  səviyyəsinin  müəyyən  edilməsini,  bunun  nəticəsi  olaraq  həmin  ərazilərdə 
istehsal  vahidlərinin  yaradılmasım  və  bu  zaman  resurslardan  optimal  istifadə 
olunmasım  nəzərdə  tutur.  Ənənəvi  meyara  görə  isə  ümumdövlət  miqyasmda 
bölünməzlik və məhrum edilməzlik əlamətlərinə malik müdafiə, diplomatiya, milli 
təhlükəsizlik  və  başqa  xidmətlərin  mərkəzi  hökumət,  bölgə  miqyaslı  yanmictimai 
məhsullarm  isə  yerli  özünüidarəetmə  orqanlan  tərəfindən  istehsalı  məqsədəuyğun 
hesab edilir. 
Dövlət idarəetmə orqanlan və yerli özünüidarə orqanlan ara- smdakı maliyyə 
əlaqələrinin  digər  tərəfi  isə  gəlirlərin  bölüşdürülməsidir.  Mərkəzi  orqanlarla  yerli 
özünüidarəetmə orqanlan arasmdakı gəlir bölgüsünün ədalətli və rasional əsaslarla 
apaniması  bələdiyyələrin  müstəqil  bir  qurum  kimi  fəaliyyətinin  təməl  maliyyə 
şərtidir. Yerli özünüidarəetmə orqanlan yerli səviyyədə xidmət göstərən qurumlar 
kimi qanunla onlara tapşmimış və dövlət orqanlan tərəfindən həvalə edilmiş işlərin 
həyata  keçirilməsi  üçün  müəyyən  məsrəflər  çəkməlidirlər.  Bu  məsrəfləri  ödəmək 
üçün  yerli  özünüidarəetmə  orqanlanna  müvafiq  gəlir  mənbələri  də  aynlmalıdır. 
Həmin gəlirlər dövlət tərəfindən yerli özünüidarəetmə orqanlannm üzərinə qoyulan 


144 
 
xərclərə mütənasib olmalı, başqa sözlə, onlann ödənilməsinə kifayət etməlidir. Əks 
halda,  yerli  özünüidarəetmə  orqanlan  borclardan  və  dövlət  orqanlanmn 
yardımlanndan  asılı  vəziyyətə  düşə  bilər  ki,  bu  da  onlann  müstəqilliyi,  hətta 
mövcudluğu üçün təhlükəlidir. 
Dövlət idarəetmə və yerli özünüidarə orqanlan arasmda xərdərin bölgüsündə 
olduğu kimi, gəlirlərin bölgüsündə də müəyyən dəqiq qaydalarla tənzimlənən, əksər 
ölkələr tərəfindən qəbul edilmiş vahid bir sistemin olduğunu söyləmək çətindir. Belə 
vəziyyətin yaranmasının başlıca səbəbi bu ölkələr arasmda bir sıra tarixi inkişafla, 
dövlət  quruluşunun  xüsusiyyətləri  ilə  bağlı  milli  gəlir  səviyyəsində  və 
mərkəzləşdirmə səviyyəsində müəyyən fərqlərin olmasıdır. 
Gəlirlərin bölüşdürülməsi zamanı diqqət mərkəzində olmalı mühüm problemlərdən 
biri də gəlir mənbələrinin-müxtəlif ərazilər arasında qeyri- bərabər paylanmasıdır. 
Bir ərazinin digərindən iqtisadi inkişaf səviyyəsinə və ya əlverişli təbii şəraitə görə 
üstün  olması  coğrafi  və  tarixi  amillərlə  bağlıdır.  Belə  vəziyyətin  yaranması  yerli 
özünüidarəetmə  orqanlanmn  fəaliyyətindən  asılı  deyil.  Ona  görə  də  gəlirlərin 
bölgüsü  zamam  dövlət  digər  yerli  özünüidarəetmə  vahidlərinin  hüquqlannı 
pozmadan 
iqtisadi 
cəhətdən 
zəif 
ərazilərin 
gəlir 
mənbələrinin 
möhkəmləndirilməsinə çalışmalıdır. Bu məsələ, əsasən, dövlət yardımlanmn köməyi 
ilə  həyata  keçirilir.  Hesab  olunur  ki,  yerli  özünüidarəetmə  qurumlanmn  dövlət 
yardımlan alması iki növ yerli əhəmiyyətli problemlərin mövcudluğu ilə bağlıdır. 
Bunlar yerli özünüidarəetmə orqanlanmn nəzarət dairəsindən kənardakı amillər və 
onlann  nəzarət  dairəsində  olsa  da,  bəzi  siyasi  məsələlərə  görə  öhdəsindən  gələ 
bilmədikləri  problemlərdir.  Yerli  özünüidarə  orqanlanmn  nəzarət  dairəsindən 
qıraqdakı amillərə misal olaraq, gəlir mənbələrinin ərazilər arasmda qeyri-bərabər 
paylanmasını  və  yerli  orqanların  fəaliyyətləri  nəticəsində  yaranan  bəzi  «xarici 
efifektləri»  göstərmək  olar.  İkinci  növ  problemlərə  isə  yerli  özünüidarəetmə 
orqanlanna  verilən  vergi  və  ödənişlərin  elastiklik  əmsalımn  aşağı  olmasım  və 
borclanma  imkanlannm  məhdudlaşdınimasmı  aid  etmək  olar.  Beləliklə,  yerli 
özünüidarəetmə  orqanlanmn  onlarm  fəaliyyətindən  asılı  olmayaraq  qarşılaşdıqlan 
problemlərin  yaratdığı  xərcləri  müəyyən  qədər  ödəmək  üçün  dövlət  yardımlan 


145 
 
alması xüsusi əhəmiyyət kəsb edir. 
Dövlət  hakimiyyət  orqanlan  bələdiyyələrlə  normal  malİ
5ryə-  iqtisadi 
münasibətlərin  yaranmasına  gətirib  çıxaracaq  bir  sıra  səlahiyyətlərə  malikdirlər. 
Bunlar aşağıdakılardır: 

dövlət  mülkiyyəti  obyektlərinin  bələdiyyə  mülkiyyətinə  verilməsi 
qaydalarım müəyyənləşdirmək; 

ayn-ayn  dövlət  səlahijo^ətlərini  bələdiyyələrə  vermək,  bu  səlahiyyətləri 
həyata  keçirmək  üçün  zəruri  maliyyə  vəsaiti  ayırmaq,  verilmiş  dövlət 
səlahiyyətlərinin  yerinə  yetirilməsinə  nəzarət  etmək;  minimal  dövlət  sosial 
standartları müəyyənləşdirmək və onlarm həyata keçirilməsini təmin etmək

dövlət büdcəsi ilə bələdiyyə büdcələri arasmdakı münasibətləri tənzimləmək 
və minimal yerli büdcələrin balanslaşdınimasım təmin etmək; 

dövlət  hakimiyyət  orqanlarımn  qərarlan  əsasında  bələdiyyələrdə  yaranan 
əlavə xərcləri ödəmək

bələdiyyələrin maliyyə müstəqilliyinə dövlət zəmanətini təmin etmək. 
Dövlətlə bələdiyyələr arasında maliyyə əlaqələri aşağıdakı sahələrdə baş verir: 
1)  maliyyə  sisteminə  aid  qanunvericilik  sahəsində;  2)  büdcələr  arası  (mərkəzi  və 
yerli) münasibətlər sahəsində. 
Azərbaycanda  dövlət  və  bələdiyyələr  arasında  maliyyə  qanunvericiliyi 
sahəsində  əlaqələr  parlament  tərəfindən  bələdiyyələrin  maliyyə  fəaliyyətini 
müəyyənləşdirən  və  əsaslandıran  hüquqi  normalann  -  qanunlann  verilməsi  və 
bələdiyyələrin öz fəaliyyətlərimi bu qanunlara uyğun surətdə qurması şəklində baş 
verir. Azərbaycanda bələdiy^ yələrin maliyyə fəaliyyətinin tənzimlənməsi sahəsində 
qanunvericiliyə görə bu resurslar bələdiyyələrə dövlət tərəfindən qanunvericiliklə 
müəyyənləşdirilən  minimal  dövlət  sosial  standartlanna  uyğun  və  minimal  büdcə 
təminatı normativləri əsasında verilməlidir. 
Yerli  büdcələrin  minimal  zəruri  xərcləriminimal  büdcə  təminatı  normativləri 
əsasında  müəyyən  edilməlidir.  Ona  görə  də  ümumdövlət  sosial  standartlan  və 
minimal büdcə təminatı normativlərinin qəbul olunması tələb olunur. 


146 
 
Vacib  məsələlərdən  biri  bələdiyyələrə  borcalma  imkanlannm  yaradılması  ilə 
bağlıdır. Yerli özünüidarəetmənin kreditləşdirilməsi üçün dövlət siyasətinin işlənib 
hazırlanması  və  investisiyalar  üçün  əlverişli  şəraitin  yaradılması  maliyyə-iqtisadi 
münasibətlərin mühüm tərəflərindən biridir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin